İqtisadiyyat
Nazirlikdə Ərdəbil valisi ilə müzakirələr aparılıb
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə nazir Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, imzalanan sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb.
Bakıda ixrac imkanlarına dair konfrans keçiriləcək
Oktyabrın 19-da Bakı Biznes Mərkəzində "Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar" mövzusunda konfrans keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, konfransda dövlət rəsmiləri, ixracatçı şirkətlərin rəhbərləri iştirak edəcək, müzakirələr aparılacaq, ixrac portalının təqdimatı olacaqdır.
SOCAR: TAP-la nəql olunacaq qazın qiyməti bazara uyğunlaşdırılacaq
"TAP layihəsinin reallaşdırılması İtaliyaya bir çox strateji üstünlüklər verir". "APA-Economics" xəbər verir ki, bunu İtaliya mətbuatına SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.
Rövnəq Abdullayev: "İnsanlar qazı azaltmaq əvəzinə, pəncərələri açırlar"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədə təbii qaz qıtlığının yaranması, mavi yanacağın təzyiqinin aşağı olması ilə bağlı deyilənlərə münasibət bildirib.
Türkiyənin tanınmış məşqçisi dünyasını dəyişdi
Türkiyənin qadınlardan ibarət "Samsun Belediyespor" voleybol klubunun baş məşçisi dünyasını dəyişib.
Pakistan və Azərbaycan bir neçə anlaşma memorandumu imzalamağa hazırlaşır
Pakistan və Azərbaycan əməkdaşlığın müxtəlif sahələrində bir neçə anlaşma memorandumu imzalamağa hazırlaşır. Sənədlərin gələn ilin əvvəlində Azərbaycanın yüksək səviyyədə nümayəndə heyətinin Pakistana səfəri zamanı imzalanacağı planlaşdırılıb.
Manatı bahalaşdıran SƏBƏBLƏR
"Sentyabrın əvvələrindən başlayaraq dolların manata nisbətən dəyər itirməsi Mərkəzi bankın, eləcə də Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) hərraclara daha çox vəsait çıxarması ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Dövlət büdcəsi 519 mln. manatdan artıq kəsirlə icra olunub
2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10 mlrd. 103,1 mln. manat, xərcləri 10 mlrd. 622,2 mln. manat olub.
Sərkisyan İrəvanda Putinə yalvaracaq
Rusiya prezidenti Vladimir Putinin Ermənistana 14 oktyabrda səfəri zamanı əsas müzakirə mövzularından biri də ölkəyə satılan qazın tarifinin azaldılması olacaq. Axar.az bildirir ki, bununla əlaqədar yaxın zamanlarda "Qazprom" rəhbəriAleksey Millerin də İrəvana gələcəyi gözlənilir.
Daxili bazarı öz məhsullarımızla təmin etməliyik
Ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi dünya iqtisadiyyatında, əsas etibarilə də neft ixrac edən ölkələrin iqtisadiyyatında ciddi problemlərə gətirib çıxardı. Proqnozlaşdırılmadan, yaranmış mənfi tendensiya neft ixrac edən ölkələr üçün bir reallığı ortaya qoydu ki, heç də bütün dövrlərdə neftdə bel bağlamaq olmaz, iqtisadiyyatın digər sahələri, ümumiyyətlə qeyri-neft sektoru da inkişaf etdirilməlidir. Dünya bazarlarında neft qiymətlərində baş verən ucuzlaşma Azırbaycana da müəyyən mənada təsir göstərsə də, lakin bu təsirlər o qədər də riskli və təhlükəli xarakter daşımırdı.
Dövlət Neft Fondu hazırkı çətin makro-iqtsiadi və maliyyə durumunda xeyli müsbət nəticələr əldə edib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatları mətbuat vasitəsilə ictimaiyyətə açıqlayıb. Bu məlumatların təhlili göstərir ki, hesabat dövrü ərzində Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəliri 2,6 milyard manat olub. Bununla yanaşı, bu il ərzində Fondun aktivləri 2,3 milyard dollara qədər artıb. Hazırda bu aktivlər 12 növ müxtəlif valyutalardan ibarət səbətdə saxlanılır.
Palata: Bağlanan bəzi banklar BOKT-a çevrilməyə maraq göstərir
Lisenziyası ləğv edilmiş "Parabank" bank olmayan kredit təşkilatına (BOKT) çevrilməklə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib.
Vladimir Putin Ermənistana səfər edəcək
Rusiya prezidenti Vladimir Putinoktyabrın 14-də Ermənistana səfər edəcək.
İqtisadi və siyasi islahatlar öz bəhrəsini verəcək
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, iclasda Azərbaycan Prezidenti İlham Əliyevin diqqət çəkdiyi bir sıra vacib məqamlar, eləcə də Azərbaycanın cari ilin sonuna qədər müşahidə ediləcək mümkün iqtisadi göstəriciləri ilə bağlı “Ekonimiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovun “OLAYLAR”-a müsahibəsi
FED-in uçot dərəcəsini artırması ehtimalı yüksəlir, dollar iki sessiya ardıcıl bahalaşır
ABŞ dollarının avroya qarşı məzənnəsi ikinci sessiya dalbadal möhkəmlənir. "APA-Economics" xəbər verir ki, buna səbəb Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması ilə bağlı gözləntilərin artmasıdır.














