Pakistan və Azərbaycan bir neçə anlaşma memorandumu imzalamağa hazırlaşır
Pakistan və Azərbaycan əməkdaşlığın müxtəlif sahələrində bir neçə anlaşma memorandumu imzalamağa hazırlaşır. Sənədlərin gələn ilin əvvəlində Azərbaycanın yüksək səviyyədə nümayəndə heyətinin Pakistana səfəri zamanı imzalanacağı planlaşdırılıb.
17 Oktyabr 2016 14:14 İqtisadiyyatPakistan və Azərbaycan əməkdaşlığın müxtəlif sahələrində bir neçə anlaşma memorandumu imzalamağa hazırlaşır. Sənədlərin gələn ilin əvvəlində Azərbaycanın yüksək səviyyədə nümayəndə heyətinin Pakistana səfəri zamanı imzalanacağı planlaşdırılıb.
Trend bildirir ki, bunu Pakistan Baş nazirinin milli tarix və əbədi irsi məsələləri üzrə müşaviri İrfan Siddiqi deyib.
Onun sözlərinə görə, Pakistanın Baş naziri Nəvaz Şərifin bu yaxınlarda Azərbaycana səfəri uğurlu olub və ikitərəfli danışıqlar zamanı tərəflərin əmtəə dövriyyəsinin, investisiyaların həcmini artırmaq və müdafiə sahəsində birgə müəssisələrin yaradılması üzrə öhdəlikləri müzakirə olunub.