İqtisadiyyat
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun yenidən hazırlanacaq
"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanır. “Olaylar” xəbər verir ki, adıçəkilən qanun layihəsi Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin yaz sessiyasının gündəliyinə salınıb.
Şeyx Babı Yəqub türbəsiVə yaxud, kitabdan yox, kitabədən tanıdığımız adam
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasının tarixi dəqiqləşib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin razılığı ilə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasının keçirilmə vaxtı 23 fevral 2017-ci il tarixinə təyin edilib. Bu barədə “Olaylar”a Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Məşvərət Şurasının növbəti iclasının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb.
Sabirabadda pambıqla bağlı respublika müşavirəsi keçiriləcək
Ötən il 90 min tona yaxın pambıq məhsulu yığılaraq tədarük məntəqələrinə təhvil verilmişdir ki, bu da 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur. Cari ildə isə respublika üzrə 27 rayonda 120 min hektar sahədə pambıq əkilməsi proqnozlaşdırılır.
Bəzi lisenziyaların rüsumu artırılır
“Dövlət rüsumu haqqında” qanuna ediləcək dəyişikliyə əsasən mobil operatorlar Azərbaycanda lisenziya almaq üçün bir milyon manata yaxın bir məbləğ ödəməli olacaqlar. Sənədə əsasən Azərbaycanda fəaliyyət göstərəcək yeni mobil operator lisenziya almaq üçün verəcəyi bir milyon manatına 995000 min manatını büdcəyə yerdə qalan beş min manatı isə həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının xəzinə hesabına köçürüləcək.
“Made in Azerbaijan” brendi xarici bazarlarda
Prezident İlham Əliyevin “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” fərmanının icrası uğurla davam etdirilir.
Ərzaq təhlükəsizliyi diqqət mərkəzindədir
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Bu barədə məlumat verən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 20 rayonunda 44 min hektaradək sahədə 22 sahibkarlıq subyekti tərəfindən müasir suvarma sistemləri tətbiqi ilə 32 iri fermer təsərrüfatı yaradılıb.
10 rayonda xalça sexi tikiləcək
Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılıb. Bu barədə məlumat verən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaq.
Ötən il 410 sənaye müəssisəsi açılıb
Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi davam etdirilib, 410 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib.
Nazir: "Gəncədə yeni Sənaye Parkının yaradılması imkanları araşdırılır"
Azərbaycanda alüminium sənayesinin inkişafı üçün kompleks tədbirlər hazırlanıb və Gəncədə bu sahə üzrə Sənaye Parkının yaradılması imkanları araşdırılır. Bunu deyən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 mln. manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır.
İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib.
İqtisadçı məcburi köçkünlər üçün vahid aylıq müavinətindən danışdı
23 yanvar 2017-ci iltarixdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilib.
Azərbaycanda bu siqaretlərin satışı QADAĞAN EDİLDİ
İqtisadiyyat Nazirliyi "Azəri" korporasiyasına həmin müəssisənin 2016-cı ilin iyulundan Şəkidə istehsal etdiyi filtrsiz "Piramida" siqaretinin satışını qadağan edib.
Bu ilin ilk ixrac missiyası Almaniyaya gedir
Bu ilin ilk ixrac missiyası 23 yanvar tarixində Almaniyaya gedəcək. İqtisadiyyat Nazirliyi tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.
Millət vəkili: “Beynəlxalq reytinq Azərbaycan iqtisadiyyatının gücləndiyini göstərir”
“Bu il Davosda keçirilən Dünya İqtisadi Forumu 2017-ci ildə yeni qaydaları müəyyən etdi. Forumun əsas şüarı “Açıq və məsuliyyətli liderlik” elan olunmuşdu. Qərb elitasının böhranı, yoxsulluğun və işsizliyin dünyada artması və digər çağırışlar Davosda əsas müzakirə mövzuları oldu. Qərb ölkələrində populist əhval-ruhiyyənin artması fonunda qlobal iqtisadiyyatın əsas dəstəkçisi kimi Çin çıxış etdi”. Bunu millət vəkili Tahir Mirkişili deyib.












