10 rayonda xalça sexi tikiləcək
Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılıb. Bu barədə məlumat verən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaq.
24 Yanvar 2017 13:51 İqtisadiyyatƏnənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə "Azərxalça" ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılıb. Bu barədə məlumat verən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaq. Bunun nəticəsində 1600 yeni iş yeri yaradılacaq. Bundan başqa, ASC tərəfindən bu il əyirici-boyaq müəssisəsinin tikintisinə başlanılacaq. Xalçaçılıq sahəsində əsas xammallardan olacaq yunun tədarükü, emalı və ixcracı məqsədilə artıq araşdırmalara başlanılıb. Bu sahədə xarici təcrübə öyrəniləcək və tətbiq olunacaq.