Bəzi lisenziyaların rüsumu artırılır

“Dövlət rüsumu haqqında” qanuna ediləcək dəyişikliyə əsasən mobil operatorlar Azərbaycanda lisenziya almaq üçün bir milyon manata yaxın bir məbləğ ödəməli olacaqlar. Sənədə əsasən Azərbaycanda fəaliyyət göstərəcək yeni mobil operator lisenziya almaq üçün verəcəyi bir milyon manatına 995000 min manatını büdcəyə yerdə qalan beş min manatı isə həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının xəzinə hesabına köçürüləcək.

Lisenziyalar üzrə rüsumlar dövlət büdcəsinə daxil olacaq

"Dövlət rüsumu haqqında" qanuna ediləcək dəyişikliyə əsasən mobil operatorlar Azərbaycanda lisenziya almaq üçün bir milyon manata yaxın bir məbləğ ödəməli olacaqlar. Sənədə əsasən Azərbaycanda fəaliyyət göstərəcək yeni mobil operator lisenziya almaq üçün verəcəyi bir milyon manatına 995000 min manatını büdcəyə yerdə qalan beş min manatı isə həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının xəzinə hesabına köçürüləcək. Belə ki, əvvəllər dövlət rüsumu 22 min manatdan çox deyildisə, indi artıq layihədə 1 mln. manat məbləğdə rüsum nəzərdə tutulur. Layihədə həmçinin teleradio yayımı üçün ümumrespublika televiziya yayımı üçün 50 min manat, Bakı şəhəri üzrə TV yayımı üçün 2 250 manat, regional TV üçün 1 500 manat, ümumrespublika radio yayımı üçün 2 500 manat, Bakı şəhəri üzrə 1 250 manat, regional radio yayımı üzrə 500 manat nəzərdə tutulub. Layihədə olan rüsumlar lisenziya Bakıda oduqda 100% həcmində, regionlarda olduqda 50% ödənilir. Bundan başqa, layihə rüsumların ödənilməsi qaydasında dəyişikliyi nəzərdə tutur. Belə ki, hazırda dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarına əsasən, qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25%-i həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. Dəyişikliklə, "istisna olmaqla" sözlərindən sonra "və ödənilən dövlət rüsumu üzrə 5 min manatdan çox olmamaq şərti ilə" sözləri əlavə edilir. Yəni, həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının xəzinə hesabına köçürülən məbləğ 5 min manatdan artıq olmamalıdır. Qanuna nəzərdə tutulan dəyişiklik artıq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq kimitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub. Maraqlıdır, sözügedən dəyişikliklər mobil operatorlar, o cümlədən telekanallar üçün nə dərəcədə sərfəlidir? Millət vəkili Vahid Əhmədov bildirib ki, bu günə qədər ən böyük rüsumun həcmi 22 min manat idi: " İndi deyirlər ki, müəyyən sahələr üzrə lisenziyaların verilməsi üzrə rüsumu iki dəfə azalıb. Ancaq indi mobil rabitə üzrə rüsum 1 milyon manata qaldırılır. Deməli, dövlət rüsumları bir sahədən azalırsa, digər sahədə artırılır. Həmçinin televiziya yayımına 50 min rüsum qoyulub. Bizdə 1 milyon rüsumu ödəməyə imkan varmı?". Millət vəkili Şəmsəddin Hacıyev isə bildirdi ki, əvvəlki ilə indiki arasında ciddi fərq var: "Əgər əvvəllər rüsumlar lisenziya verən qurumlara gedirdisə, indi bu vəsait büdcəyə gedəcək. İndi mobil operatora lisenziya üçün ödəniləcək bir milyon manatın ancaq 5 min manatı lisenziya verən quruma gedəcək. Yerdə qalan 995000 manat isə büdcəyə gedəcək. Bu isə müsbət haldır". Millət vəkili Tahir Mirkişili bildirib ki, Azərbaycanda lisenziyaların verilməsi müddətsizdir: " Bundan sonra kim mobil operator kimi ölkəyə gəlmək istəsə lisenziya almaq üçün 1 milyon manat rüsum ödəməlidir. Həqiqətən də mobil sahə rentabellidir. Sahibkarlar bu pulu ödəyə bilər. İndi dünyada mobil danışıq məsələsi yoxdur. İnternet sisteminə keçilib. 1 dollar ödəyirsən, həm danışırsan, həm də yazışırsan". Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov bildirib ki, bu sahələr rentabelli olduğu üçün dövlət rüsumları artırılıb: " Söhbət "Azercell", " Bakcell", " "Nar Mobile" kimi iri şirkətlərdən gedir. Burada qanun layihəsində dəyişiklik ona xidmət edir ki, lisenziyalar üzrə rüsumlar birbaşa dövlət büdcəsinə daxil olacaq". Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Sözügedən Fərman ölkədə işgüzar fəallığın stimullaşdırılması üçün bir sıra yenilikləri daxil edən islahatlar sahəsinə növbəti addım kimi dəyərləndirilir. Onu da qeyd edək ki, ümumilikdə lisenziyaların sayı 40% azaldılıb. Əvvəl 59 fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziya alınması tələb olunurdusa, Fərmana əsasən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 37-dək azaldılıb. Bununla da, saxlanılan lisenziyaların 33 növünün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən, dövlət təhlükəsizliyi ilə bağlı 4 növünün isə digər dövlət orqanları tərəfindən verilməsi nəzərdə tutulur. Lisenziyalar artıq müddətsiz verilir. Həmçinin bu günədək verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz hesab edilir. Eyni zamanda lisenziyanın verilməsi barədə qərarın qəbul edilməsi müddəti 15 gündən 10 günə endirilib. Lisenziya verilməsinə görə ödənilməli olan mövcud dövlət rüsumlarının məbləği iki dəfə azaldılıb. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinə göndərilən qanun layihəsinə əsasən,lisenziya tələb olunan sahibkarlıq fəaliyyətinin Azərbaycan Respublikasının regionlarında (Bakı şəhəri istisna olmaqla) həyata keçirilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun 50%-inin ödənilməsi nəzərdə tutulub. Eyni lisenziyanın bir neçə alt növü üzrə lisenziyaalınması üçün müraciət olunduqda bir lisenziya üçün müəyyən olunan dövlət rüsumunun ödənilməsi müəyyən edilir. Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziya əlavəsinin alınması məqsədi ilə müraciət etdikdə, obyektlərin və ya iş və xidmətlərin sayından asılı olmayaraq müvafiq fəaliyyət növünə lisenziya verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50%-i ödənilir. Həmçinin lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumunun ödənilməməsi nəzərdə tutulur.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31