“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun yenidən hazırlanacaq

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanır. “Olaylar” xəbər verir ki, adıçəkilən qanun layihəsi Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin yaz sessiyasının gündəliyinə salınıb.

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi hazırlanır. "Olaylar" xəbər verir ki, adıçəkilən qanun layihəsi Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin yaz sessiyasının gündəliyinə salınıb. Qanun layihəsi barədə məlumat verən MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qanun hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır və may ayında müzakirəyə çıxarılması nəzərdə tutulur. Komitə sədri bildirib ki, hazırda kənd təsərrüfatının sığortalanması ilə bağlı qanun olsa da, mövcud qanun günün tələbələrinə cavab vermədiyindən işləmir: "Ona görə də bu sahədə sığorta sisteminin tətbqi üçün müasir dövrün tələblərinə cavab verən yeni qanuna ehtiyac var. Odur ki, hazırda qanun layihəsi üzərində iş gedir və bu layihə may ayınadək hazır olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31