Nazir: "Gəncədə yeni Sənaye Parkının yaradılması imkanları araşdırılır"
Azərbaycanda alüminium sənayesinin inkişafı üçün kompleks tədbirlər hazırlanıb və Gəncədə bu sahə üzrə Sənaye Parkının yaradılması imkanları araşdırılır. Bunu deyən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 mln. manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır.
24 Yanvar 2017 13:47 İqtisadiyyatAzərbaycanda alüminium sənayesinin inkişafı üçün kompleks tədbirlər hazırlanıb və Gəncədə bu sahə üzrə Sənaye Parkının yaradılması imkanları araşdırılır. Bunu deyən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 mln. manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye Zonasında 5 müəssisə - karton stəkan istehsal edən "Sun Rise Production", polietilen boru istehsal edən "Toğrul-2008", kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi "Petroqeoaz", modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan "Providence Doytch Limited" və balıq yemi istehsal edən "Kəhf" şirkətləri 2017-ci ilin yanvar-mart aylarında artıq məhsul istehsalına başlayacaq, avtomobil istehsal edən "Azeurocar" isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır.