Sabirabadda pambıqla bağlı respublika müşavirəsi keçiriləcək
Ötən il 90 min tona yaxın pambıq məhsulu yığılaraq tədarük məntəqələrinə təhvil verilmişdir ki, bu da 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur. Cari ildə isə respublika üzrə 27 rayonda 120 min hektar sahədə pambıq əkilməsi proqnozlaşdırılır.
24 Yanvar 2017 16:05 İqtisadiyyatÖtən il 90 min tona yaxın pambıq məhsulu yığılaraq tədarük məntəqələrinə təhvil verilmişdir ki, bu da 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur. Cari ildə isə respublika üzrə 27 rayonda 120 min hektar sahədə pambıq əkilməsi proqnozlaşdırılır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, pambıqçılığın inkişafının aktuallığını nəzərə alaraq, KTN-in təşkilatçılığı ilə 26 yanvar 2017-ci il tarixində Sabirabad rayonunda "Pambıq əkiləcək sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri" mövzusunda respublika müşavirəsinin keçirilməsi nəzərdə tutulur. Müşavirədə Nazirliyin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, "Aqrolizinq" ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstititunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, bir sıra rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakları planlaşdırılır.