İqtisadiyyat

Diqqət: Qocalma heç də həmişə demensiya ilə nəticələnmir

27 Yanvar 2017 19:10

Cenevrədə Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 140-cı sessiyası davam edir.  BMT-nin Xəbərlər Mərkəzinin məıumatında deyilir ki, sessiya iştirakçıları yaddaşın, təfəkkürün və davranışın deqradasiya etdiyi sindroma - demensiyaya qarşı mübarizə planını müzakirə edəcəklər.

Ekspert: “Səfirliklərdə ticarət nümayəndələrinin təyin edilməsi vacib məsələdir”

27 Yanvar 2017 16:39

“Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalamasında birbaşa məqsəd ölkəmizin ixracat qabiliyyətini artırmaqdır”. Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, prezidentin belə bir fərman verməsi vacib idi: "Dövlət başçısının göstərişi ilə yaradılan Azərbaycan brendi çərçivəsində müxtəlif ölkələrdə, o cümlədən Avropa ölkələrində ölkəmizinin məhsullarının tanıdılması ilə bağlı işlər həyata keçirilib.

Davamlı iqtisadi inkişafın təmin edilməsində onun əsas hərəkətverici amilə çevrilməsi....

27 Yanvar 2017 14:49

Ölkədə kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinə böyük ümidlər bağlanmaqdadır. Çünki kiçik və orta sahibkarlığın güclənməsi qeyri-neft sektorunun inkişafında böyük önəm daşıyır və əsas hədəf sayılmalıdır.

SOCAR-da QHT rəhbərləri ilə görüş keçirilib

27 Yanvar 2017 14:26

SOCAR-ın Baş Ofisində şirkətin kadr,rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun iştirakı ilə Qeyri-Hökumət Təşkilatları rəhbərləri ilə insan resurslarının idarə edilməsinə dair görüş keçirilib. “OLAYLAR”-ın şirkıətə istinadən verdiuyi xəbərə görə, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli 2016-cı il ərzində SOCAR-ın insan resurslarının idarə edilməsi ilə bağlı fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib. Təqdimatda SOCAR-ın tabeliyində olan idarə və müəssisələrdə təhsil, təlim və karyera imkanları, bu istiqamətdə həyata keçirilən layihələr, vətəndaşların qəbulu, işçilərlə əlaqələr və başqa sahələr üzrə statistik göstəriçilər diqqətə çatdırılıb.

Nazirin müşaviri vergi ödəyicilərinin sayının azlığından şikayətlənib

27 Yanvar 2017 13:24

Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyicilərinin sayının azlığından şikayətlənib.

Nazir: "Azərbaycanın hesabına Rusiya qazından asılılığı sıfıra endirə bilərdik"

27 Yanvar 2017 12:17

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Qaxariya hökumətlə "Qazprom" arasında imzalanan sazişi iqtisadi nöqteyi-nəzərdən səmərəsiz adlandırıb. "Bugünkü reallığı nəzərə alsaq, iqtisadi nöqteyi-nəzərdən biz itkilərlə üzləşəcəyik. İqtisadi sahədə qələbə qazana bilmədik...

Regionlarda turizm inkişaf etdirilir

26 Yanvar 2017 18:40

Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində turizm sahəsində görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda da son illər ərzində turizm sahəsində mühüm addımlar atılıb, məqsədyönlü tədbirlər həyata keçirilib. Məhz görülən işlərin nəticəsidir ki, artıq ölkəmiz xarici turistlərin üz tutduğu cəlbedici məkanlardan birinə çevrilib.

KTN “Strateji Yol Xəritələri” üzrə Tədbirlər Planını təsdiqlədi

26 Yanvar 2017 18:29

 Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret hədəflər, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilib. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi üzrə hədəfləri və prioritet istiqamətləri əhatə edən 177 tədbir nəzərdə tutulur.

İtaliyada “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi müzakirə edilib

26 Yanvar 2017 15:26

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin cari vəziyyəti İtaliyanın iqtisadi inkişaf nazirinin müşaviri Mauro Battokki və həmin nazirliyin Təchizatın və enerji infrastrukturlarının təhlükəsizliyi baş idarəsinin baş direktoru Cilberto Dialuçe ilə müzakirə edilib.

Hüquqi və fiziki şəxslər niyə vergi ödəməkdən yayınırlar?

26 Yanvar 2017 14:41

Son vaxtlar ölkədə fəaliyyət göstərən bəzi hüquqi və fiziki şəxslər müxtəlif bəhanələrlə vergi ödəməkdən yayınırlar. Vəziyyət o həddə çatıb ki, sahibkarlar, eləcə də iri şirkətlər vergi borclarını aylarla, bəzən isə illərlə yubadırlar.

Rusiyanın "daşınmaz əmlak kralları" - azərbaycanlılar

26 Yanvar 2017 12:14

"Forbes" jurnalı 2016-cı il üzrə Rusiyanın "daşınmaz əmlak kralları"nın reytinqini açıqlayıb. Ötən il daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən şəxslərin reytinqinə Azərbaycan əsilli iş adamları Zarax İliyev və Qod Nisanov başçılıq ediblər. Onlara məxsus "Kiyev meydanı" şirkətinin balansında olan əmlakın kirayəsindən 2016-cı ildə 1,27 mlrd. dollar məbləğində gəlir əldə olunub. Şirkət 1,238 mln. kvadratmetr ticarət və 69,3 min kvadratmetr ofis sahəsini kirayə verir. "Kiyev meydanı"na 1550 ədəd otel nömrəsi məxsusdur.

BP-nin rəhbəri: "Azərbaycanın tələbinə əsasən neft hasilatını azalda bilərik"

26 Yanvar 2017 11:29

"Tənzimləyicilər tələb edərsə, BP Vyana sazişinə qoşulan bütün ölkələrdə neft hasilatını azaltmağı hazırdır". Bunu BP-in baş icraçı direktoru Robert Dadli bildirib.

Yeni quyu qazılır

25 Yanvar 2017 16:51

“Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 123 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, layihə dərinliyi 6200 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 800 000 kubmetr qaz və 150 ton kondensat hasil ediləcək. Quyuda istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək. 

Meşə torpaqları 49 illiyə icarəyə veriləcək

25 Yanvar 2017 13:17

Meşə bitkiləri ilə örtülü olmayan və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçilərinə icarə müqaviləsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən 49 ilədək veriləcək.