Meşə torpaqları 49 illiyə icarəyə veriləcək

Meşə bitkiləri ilə örtülü olmayan və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçilərinə icarə müqaviləsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən 49 ilədək veriləcək.

Meşə bitkiləri ilə örtülü olmayan və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçilərinə icarə müqaviləsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən 49 ilədək veriləcək. "Olaylar" xəbər verir ki, bu yenilik Meşə Məcəlləsinə dəyişiklikdə nəzərdə tutulur. Sənəd Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 25-də keçirilən iclasında müzakirə edilib. İclasda əvvəlcə 
 komitənin 2016-ci ilin payız sessiyasında görüdüyü işlərin hesabatı, 2017-ci ilin yaz sessiyasının iş planı müzakirə olunaraq təsdiq olunub. Sonra komitə üzvləri Meşə Məcəlləsinə nəzərdə tutulan dəyişikliyi müzakirə ediblər. Dəyişiklik barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, mövcud müddəaya əsasən meşə torpaqları icarəçiyə 1 ildən 10 ilədək verilirdi: "Ancaq təklif edilən dəyişikliyə əsasən icarə müddəti 1 ildən 49 ilədək uzadılır. Bu dəyişiklik sahibkarlığın stimullaşdırılmasına xidmət edir. Sahibkarlar bu müddətdən istifadə edərək, daha yaxşı fəaliyyət göstərəcəklər". Komitə sədri onu bildirib ki, bu dəyişikliyə əsasən heç də meşə torpaqları bütün icarəçilərə 49 il müddətinə verilməyəcək: 
"Bu, belə deyil. Ola bilsin ki, müddət məsələsi torpağı icarəyə verən müvafiq icra hakimiyyəti orqanı ilə icarəyə götürən sahibkar arasında razılaşdırılsın. Ola bilsin ki, bu torpağı icarəyə verən şəxs torpağı 15-25 il müddətinə verə bilər və bu da torpağı icarəyə verənin hüququdur. Bu da mümkündür". Məcəlləyə dəyişiklik müzakirlərən sonra təqdir olunaraq, parlamentin pleanr iclasında müzakirəyə tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31