SOCAR-da QHT rəhbərləri ilə görüş keçirilib

SOCAR-ın Baş Ofisində şirkətin kadr,rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun iştirakı ilə Qeyri-Hökumət Təşkilatları rəhbərləri ilə insan resurslarının idarə edilməsinə dair görüş keçirilib. “OLAYLAR”-ın şirkıətə istinadən verdiuyi xəbərə görə, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli 2016-cı il ərzində SOCAR-ın insan resurslarının idarə edilməsi ilə bağlı fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib. Təqdimatda SOCAR-ın tabeliyində olan idarə və müəssisələrdə təhsil, təlim və karyera imkanları, bu istiqamətdə həyata keçirilən layihələr, vətəndaşların qəbulu, işçilərlə əlaqələr və başqa sahələr üzrə statistik göstəriçilər diqqətə çatdırılıb.

SOCAR-ın Baş Ofisində şirkətin kadr,rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun iştirakı ilə Qeyri-Hökumət Təşkilatları rəhbərləri ilə insan resurslarının idarə edilməsinə dair görüş keçirilib. "OLAYLAR"-ın şirkıətə istinadən verdiuyi xəbərə görə, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli 2016-cı il ərzində SOCAR-ın insan resurslarının idarə edilməsi ilə bağlı fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib. Təqdimatda SOCAR-ın tabeliyində olan idarə və müəssisələrdə təhsil, təlim və karyera imkanları, bu istiqamətdə həyata keçirilən layihələr, vətəndaşların qəbulu, işçilərlə əlaqələr və başqa sahələr üzrə statistik göstəriçilər diqqətə çatdırılıb.

Qeyd olunmuşdur ki, 2016-cı ildə əməkdaşların 5017 nəfəri başqa işə keçirilib, 1017 nəfəri isə işə yeni qəbul olunub. SOCAR üzrə Tarif-İxtisas Komissiyalarına 1630 nəfər müraciət edib, onlardan 1400-nün iddiası təmin olunub ki, bu da qəbul edilmiş ərizələrin 80 %-nin həll edilməsi deməkdir. 2016-cı ildə SOCAR-da elan edilmiş 1244 vakansiya üzrə müraciət edib 72567 nəfərdən 642 nəfər işə qəbul olunub, 246 nəfər isə kadr ehtiyat bazasına alınıb. Toplantıda çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətdə həyata keçirilən kadr siyasəti, müxtəlif layihələr barədə ətraflı məlumat verib, Bildirib ki, şirkət üçün insan faktoru mühüm amildir. X.Məmmədov deyib ki, SOCAR-ın qarşısına qoyulmuş hədəflərin dəf olunması üçün insan resurslarının idarə ediməsi sahəsində dəyişikliklərə ehtiyac var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31