Nazirin müşaviri vergi ödəyicilərinin sayının azlığından şikayətlənib

Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyicilərinin sayının azlığından şikayətlənib.

Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyicilərinin sayının azlığından şikayətlənib. Qurum rəsmisi iqtisadi fəal əhalinin sayı ilə müqayisədə vergi ödəyənlərin sayının az olduğunu bildirib: "Azərbaycan əhalinin sayı 10 milyon nəfərə yaxınlaşır. Ölkədə iqtisadi fəal əhalinin sayı isə 4,5 milyon nəfərə çatıb. İqtisadi fəal əhalidən cəmi 1,5 milyon nəfər vergi ödəyir. Qalan 3 milyon nəfər niyə vergi verməməlidir?". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31