İqtisadiyyat

İqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm də sahibkarlığın inkişafından asılıdır

23 Yanvar 2017 16:07

2015-ci ilin sonlarından dünyanı bürüyən ciddi iqtisadi və maliyyə böhranı hər bir ölkəni, xüsusilə neft ixrac edən dövlətləri qeyri-neft sektoruna daha çox diqqət ayırmağa sövq etdi. Dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neftdən gələn gəlirlərin azalmasına, bunun isə həmin ölkələrin dövlət büdcəsinə mənfi təsir göstərməsini önləmək üçün hökumətlər islahatlar paketi, iqtisadiyyatın ayrı-ayrı sahələrini inkişaf etdirməyin yolları üzərində işləməyə başladılar.

Tramp dollar və neft üçün nə vəd edir?

23 Yanvar 2017 16:02

“Prezident Tramp artıq 3 gündür Ağ Evdədir. ABŞ-da Tramp dövrünün başlaması dünya iqtisadiyyatına nə vəd edir? Bizim ölkəmiz üçün təbbi ki, neftin və dolların dünya bazar qiymətinin necə dəyişəcəyi daha maraqlıdır”. “Olaylar” xəbər verir ki, bunu iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

Bu ilin ilk ixrac missiyası Almaniyaya gedib

23 Yanvar 2017 15:55

Bu ilin ilk ixrac missiyası 23 yanvar tarixində Almaniyaya gedib. İqtisadiyyat Nazirliyi tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.

"Ötən il strateji hədəflərin müəyyənləşdirilməsi baxımından vacib il oldu" 

23 Yanvar 2017 11:46

“2016-cı il öncədən proqnozlaşdırıldığı kimi heç də asan il olmadı. 2015-ci ilin sonunda Azərbaycan Prezidenti öz çıxışında neftin dünya bazarında ucuzlaşması ilə əlaqədar 2016-cı ilin asan il olmayacağını bəyan etmişdi. Bu baxımdan 2016-cı ilin sonuna doğru neftin dünya bazarında qiyməti stabilləşsə də, yenə də neftin dünya bazarında qiyməti aşağı olaraq qalır”. Bunu  iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Tərəfdaşlıq Komitəsinin ilk iclası keçirilib

19 Yanvar 2017 17:05

Yanvarın 19-da İqtisadiyyat naziri Şahin Mustafayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Görüşdə BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin icrası, dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyi ilə həyata keçirilən əməkdaşlıq və bu sahələrdə atılacaq növbəti addımlar müzakirə edilib.

ABŞ dolları aşağı düşməyə başlayır

18 Yanvar 2017 16:16

“ABŞ dollarının dünyada möhkəmlənməsi heç ABŞ-ın özünə də iqtisadi cəhətdən yaxşı heç nə vəd etmir. Baha dolların tək üstünlüyü ABŞ-da istehlak bazarının həcminin artmasına gətirib çıxarmağıdır”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Tahir Mirkişili çıxış edib. O, bildirib ki, seçicilər üçün bu cəlbedici olduğundan cənab Trumpın əvvəlki müsahibələrində bu amil kifayət qədər istifadə olundu: “Amma artiq reallıqlarla qarşılaşan cənab Trump dünən “The Wall Street Journal”-a müsahibəsində elan etdi ki: o, zəif dolları dəstəkləyir. Bu bəyanatın ardınca ABŞ dolları aşağı düşməyə başlayır”.

İran vətəndaşları 3 gün ərzində viza ala biləcəklər

18 Yanvar 2017 15:40

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Neft Daşları” yatağında 2287 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

18 Yanvar 2017 12:19

“Neft Daşları” yatağındakı 1887 saylı stasionar dəniz özülündə 2287 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 2565-2553 metr intervaldan gündəlik 12 ton neft və 16300 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

"Ümid" ümidlərimizi doğrultdu

18 Yanvar 2017 11:39

"Ötən ilin nəticələrindən danışarkən mən dekabr ayının son günlərində baş vermiş bir hadisəni - SOCAR-ın Xəzərdə 2010-cu ildə kəşf etdiyi "Ümid" yatağında 14 nömrəli yüksək hasilatlı yeni qaz-kondensat quyusunun istismara verilməsini xüsusi qeyd etmək istəyirəm".  

"Şahdəniz-1" üzrə Gürcüstana 6 mlrd. kubmetr, Türkiyəyə 44 mlrd. kubmetr qaz verilib

18 Yanvar 2017 11:28

Hazırda "Şahdəniz" yatağında 8 işləyən quyudan gündə orta hesabla 29,5 mln. kubmetr qaz və 6,5 min ton kondensat hasil olunur.  İşlənmənin əvvəlindən "Şahdəniz" yatağından 78,4 mlrd. kubmetr qaz və 19,6 mln. ton kondensat çıxarılıb.

Azərbaycanlı milyarderlər Avropanın ən iri okeanariumunu satdıqlarını təkzib ediblər

17 Yanvar 2017 18:09

Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarax İliyev Avropanın ən nəhəng okeanariumu olan "Moskvarium"un oliqarx Arkadi Rotenberqə satılmasını təkzib ediblər. Bu barədə "Forbes" jurnalı öz mənbələrinə istinadən yazır.

Manatın ucuzlaşması davam edərsə, aidiyyəti qurumlara müraciət edəcəyik - YENİLƏNİB

17 Yanvar 2017 15:59

"Manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi səbəbindən SOCAR-ın zərəri yaranır". Bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib. "Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz ki, daxili tələbat SOCAR hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir", - deyə vitse-prezident bildirib.

İqtisadi proseslər sabitləşəcək

17 Yanvar 2017 14:40

Bir ildən artıqdır ki, dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və paralel olaraq manatın dollara nisbətən dəyərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Maliyyə bazarında cərəyan edən xoşagəlməz proseslər istər-istəməz müəyyən mal və məhsulların qiymətinin bir qədər artmasını şərtləndirib.

Vaxtı keçmiş kreditlərin qaytarılması niyə mümkün olmur?

17 Yanvar 2017 14:29

Kredit verilərkən bank mütəxəssisləri tərəfindən müştərinin maliyyə vəziyyətinin düzgün qiymətləndirilməməsi kredit təşkilatlarını bir çox problemlərlə üz-üzə qoyub. Belə ki, müştərinin maliyyə resurları dərindən təhlil edilmədən, o cümlədən möhkəm girov təminatı olmadan verilən kreditlər sonradan kredit verən təşkilatların özlərinin başağrısına çevrilir. Bu zaman götürülən kredit məbləği borcalanlar tərəfindən geri qaytarılmır, aylıq kredit ödənişləri gecikdirilir, kredit borcları yığılır və son nəticədə ölkədə problemli kreditlərin həcminin artmasına səbəb olur.

Mənzil bazarında qiymətlər şişirdilir - Əslində ucuzlaşma olacaq

17 Yanvar 2017 14:05

"Mənzillərin qiyməti enməkdə davam edəcəyi ilə bağlı statusumdan sonra "mənzillərin qiymətinin artacağı" və hətta "artıq qiymət artımlarının olması" haqda xəbərlər bir sıra mətbu orqanlarında özünə yer tapmaqdadır. Maraqlıdır ki, oxşar reaksiya 2014-cü ildən bəri müşahidə edilir. 2014-cü ilin ortalarında qiymət azalmalarını proqnozlaşdıran zamanda "spekulyativ qiymət artımları" xəbərləri bəzi mətbu qurumlarda yer alırdı. Hətta bir neçə gün öncə "mənzil bazarında ötən il 5 faizlik qiymət artımının olması" barədə xəbərlər yayıldı. Nə qədər maraqlı olsa da, həmin xəbərə inansaq, o zaman, 2016-cı ilin əvvəlində 200 min manata təklif edilən mənzil ilin sonunda 210 min manata satılıb. Bəlkə, belə araşdırma aparanlar zarafat edirlər. Demək çətindir. Amma ötən ilin əvvəlində 200 min manata olan mənzili indi nəinki 5 faiz baha, heç öz qiymətinə belə satmaq mümkün deyil".