İqtisadiyyat

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin 23 mln. manatlıq vergi borcu silinib

17 Yanvar 2017 11:59

Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.

Qeyri-neft məhsularının ixracı azalıb

16 Yanvar 2017 17:58

2016-cı ilin yanvar-noyabr aylarında 1117,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Statistika Komitəsindən verilən məlumata görə, bu 2015-ci ilin eyni dövrünə nisbətən real ifadədə 17,8 faiz azdır. 2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,9 faiz, təzə tərəvəz – 49,1 faiz, kartof – 4,3 faiz, qara metallardan borular – 5,0 dəfə, pambıq ipliyi – 15,3 faiz artmış, şəkər ixracı isə 46,9 faiz, bitki yağları – 59,9 faiz, çay – 72,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,8 faiz, polietilen – 3,2 faiz, emal olunmamış alüminium – 23,4 faiz azalıb.

Dəniz özüllərində təhlükəsizlik tədbirləri gücləndirilir

16 Yanvar 2017 17:29

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun rəhbərliyi ilə fəaliyyət göstərən işçi heyət N.Nərimanov və Neft Daşları Neft-Qaz Çıxarma İdarələrinin dəniz özüllərində olub.

“Davos İqtisadi Forumu böyük əhəmiyyətə malikdir”

16 Yanvar 2017 14:41

“Davos İqtisadi Forumu bütün dünya dövlətlərinin, eləcə də iri transmilli şirkətlərin rəhbərlərinin görüşdüyü meydança, platformadır. Bu baxımdan bu gün dünyanın 100-dən artıq şirkətinin bir araya gəlməsi böyük əhəmiyyətə malikdir”. Bunu  iqtisadçı-ekspert  Emin Əliyev deyib.

Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyuldu

16 Yanvar 2017 14:09

Yanvarın 16-da Pirallahı Sənaye Parkında sayca 2-ci əczaçılıq zavodunun - “Caspian Pharmed”in təməli qoyulub.

Əcnəbilərə ƏDV-nin geri qaytarılması qaydasına dəyişikliklər təsdiqlənib

13 Yanvar 2017 18:45

Azərbaycan prezidenti İlham Əliyev“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında 2016-cı il 12 iyul tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

İqtisadiyyat naziri Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

13 Yanvar 2017 17:45

İqtisadiyyat naziri Şahin Mustafayev Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.

Ölkəmizin iqtisadi uğurları davamlı olacaq

13 Yanvar 2017 14:07

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti сənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Dövlət başçısı yola saldığımız ilin yekunlarına qiymət verdi və cari ildə ölkə iqtisadiyyatının qarşısında dayanan əsas strateji hədəfləri müəyyənləşdirdi. Bəs görəsən iqtisadçıları ölkə iqtisadiyyatını, onun hazırkı durumu və qarşıda duran hədəfləri necə dəyərləndirirlər?

Şahin Mustafayev xatirə kitabını yazdı

13 Yanvar 2017 13:54

İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyində olub. Bu barədə nazirlikdən “Olaylar”a verilən mlumata görə, nazir Almaniya Federativ Respublikasının keçmiş prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Roman Hersoqun vəfatı ilə əlaqədar Azərbaycan hökuməti adından başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

Nazirlikdən benzin açıqlaması

13 Yanvar 2017 12:49

Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Belə ki, ölkəyə xaricdən idxal edilən və qiyməti 0.95 AZN təşkil edən "Aİ-95" premium markalı benzinin hazırki qiyməti artıq 1,05 AZN-dir. Qiymət artımnın Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi “AI-92” markalı benzinə hələ ki şamil ediləcəyi istisna edilmir.

Türkiyədə 2 milyondan çox insan Həcc ziyarətinə getmək istəyir

12 Yanvar 2017 18:02

Türkiyədə Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 2 milyondan çoxdur.

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək

12 Yanvar 2017 16:22

16 yanvar 2017-ci il tarixində Vyetnamın paytaxtı Hanoy şəhərində iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.

"Bulla-dəniz” yatağında Qazyığma Məntəqəsi inşa edilir

12 Yanvar 2017 15:12

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsinin inşasını uğurla davam etdirir. “OLAYLAR”-ın xəbərinə görə, yataqda hasil olunan karbohidrogenlərin yığılaraq sahilə nəql olunması məqsədi ilə inşa edilən Məntəqə ayrıca özül üzərində quraşdırılacaq.