İqtisadiyyat
Deputat: "Aparılan islahatlar yeni iqtisadi artım mənbələri yaradacaq"
"2016-cı il bütün dünya ölkələri üçün həm iqtisadi, həm də siyası və hərbi cəhətdən çətin və mürəkkəb bir il olaraq yadda qaldı. Bu il həm də Azərbaycan üçün çətin bir iqtisadi il oldu. Dünya iqtisadiyyatında baş verən iqtisadi təlatümlər və qeyri-sabitliklər ölkəmizə də təsir etdi". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili deyib.
"Moody`s": Dağlıq Qarabağ münaqişəsi MDB-nin iqtisadiyyatına mənfi təsir edir
Neftin qiymətinin stabilləşməsiMDB üzvü olan 9 ölkəyə birbaşa və dolayı iqtisadi və maliyyə təzyiqi azaldıb. Bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
ŞAD XƏBƏR: 4,2 milyard dollar köçürülür, manat bahalaşacaq
Prezident bankların fəaliyyətinə qiymət verdi
“Artiq iki aya yaxındır ki, banklar dollar satışını dayandırıblar. Görəsən bu addımı atan bank rəhbərləri başa düşürlərmi onların bu addım hansı nəticələrə gətirib çıxara bilər?”.
Keçən ay dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödənilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödənilib. “OLAYLAR”-ın xəbərinə görə, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 milyon 736 min manat və ya 171,3 faiz çox olub. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 395 milyon 421 min manat vəsait ödənilib. Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 666 min manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 milyon 417 min manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 milyon 119 min manat və ya 103,7 faiz çox olub.
Manatın məzənnəsini sabit saxlamaq mümkün olacaqmı?
Manatın məzənnəsi yenə də gündəmdədir. Belə ki, həyata keçirilən pul-kredit siyasətinə baxmayaraq milli valyutanın məzənnəsı tez-tez dəyişməkdə davam edir. Məlum olduğu kimi manatın məzənnəsinin sabit saxlanması məqsədilə Dövlət Neft Fondu 2017-ci il üçün makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka 7.5 milyard manat transfer edib.
Ölkədə biznes mühitinin formalaşması və sahibkarlığın inkişafına tam hüquqi baza yaradılıb
“Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi 2016-cı il dərin islahatlar ili oldu. Artıq ölkədə biznes mühitinin formalaşması və sahibkarlığın inkişafına tam hüquqi baza yaradılıb”.
Dünya Bankından proqnoz: Azərbaycan iqtisadiyyatı artacaq
“Azərbaycan Polad İstehsalı Kompleksi” ləğv olunur
2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb
“ASAN Viza”nın tətbiqi ölkəmizə turist axınını daha da sürətlənməsinə geniş imkanlar açıb”.
İxracın təşviqi və dəstəklənməsi üzrə tədbirlər həyata keçiriləcək
“Strateji Yol Xəritəsində kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılmasının strateji hədəflərdən biri kimi müəyyənləşdirilməsi böyük aktuallıq daşıyır. Qarşıya qoyulan hədəf çərçivəsində daxili bazar infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı bir sıra prioritetlər müəyyənləşdirilib”.
Banklar problemli kreditlərin içində batır
Manatın dollara nisbətən dəyərinin kəskin şəkildə aşağı düşməsindən sonra ölkədə yaranan ən ciddi problemlərdən biri banklardan götürülmüş kreditlərlə bağlı oldu. Bankların qeyri-qanuni olaraq dollarla götürülmüş krediti yeni məzənnə ilə tələb etməsi vəziyyəti daha da çətinləşdirdi. Daha doğrusu vətəndaşdan yeni məzənnə əsasında kreditin geri qaytarılmasını tələb edən bank bu absurd “qərarı” ilə daha çox özünə ziyan vurmuş oldu. Bəzi banklar isə vətəndaşı aldadaraq ondan krediti köhnə məzənnə ilə alacağını bildirsə də, borcun üzərinə əlavə faizlər əlavə etməklə asan qazanc əldə etməyə çalışdılar. Məhz bankların yol verdiyi bu kimi qanunsuz addımların nəticəsidir ki, bu gün də onlarla vətəndaş arasında kredit problemi həll edilmədən qalır və qeyri-müəyyən vəziyyət davam edir. Hətta bəzən bu kimi hallar məhkəmə instansiyalarına qədər gedib çıxır.
"Türkiyə Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyəcək" - Çavuşoğlu
"Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyənin Qafqaz regionu ilə xüsusi münasibətləri var. Nazir deyib: "Ankara Qafqaz regionunda sabitlik və inkişaf məqsədlərinə yaxınlaşır".
Supermarketlərdə təhlükəsizlik tədbirləri necə təmin olunur?
Hazırda dünyada baş verən terror aktları insanları narahat etməkdədir. Dünyanı lərzəyə gətirən terror cinayətləri qonşu dövlətləri də cənginə alıb. Son illər ərzində baş verən terror hadisələri belə bir qənaətə gəlməyə əsas verir ki, heç bir dövlət bu qanlı olaydan sığorta olunmayıb. Nəzərə alsaq ki, Azərbaycanın xəyanətkar, arxadan zərbə vurmağı özünə peşə seçən, terrorçu qruplaşmalarla əməkdaşlıq edən Ermənistan kimi düşməni var, belə halda ehtiyatı əldən vermək ölkəmiz və vətəndaşlarımız üçün baha başa gələ bilər. Onu da yaddan çıxarmaq olmaz ki, beynəlxalq aləmdə Azərbaycanı istəməyən, onun inkişafını həzm etməyən, ölkədə sabitliyi pozmağa cəhd edən qüvvələr mövcuddur. Bu kimi faktlar ölkədə güclü təhlükəsizlik tədbirlətinin görülməsini vacib edir. Bəs, reallıqda necə, təhlükəsizlik tədbirlərinin görülməsi üçün lazım olan bütün addımlar atılıbmı?
Ölkədə qeyri-neft ixracının artırılması məqsədi ilə sənayenin, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məsələlərdəndir
“Respublikamızın zonalarında yeni sənaye və digər istehsal sahələri yaradılır. Bu tədbirlər Azərbaycan iqtisadiyyatına daha da təkan verəcək”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elçin Quliyev səsləndirib.














