Supermarketlərdə təhlükəsizlik tədbirləri necə təmin olunur?
Hazırda dünyada baş verən terror aktları insanları narahat etməkdədir. Dünyanı lərzəyə gətirən terror cinayətləri qonşu dövlətləri də cənginə alıb. Son illər ərzində baş verən terror hadisələri belə bir qənaətə gəlməyə əsas verir ki, heç bir dövlət bu qanlı olaydan sığorta olunmayıb. Nəzərə alsaq ki, Azərbaycanın xəyanətkar, arxadan zərbə vurmağı özünə peşə seçən, terrorçu qruplaşmalarla əməkdaşlıq edən Ermənistan kimi düşməni var, belə halda ehtiyatı əldən vermək ölkəmiz və vətəndaşlarımız üçün baha başa gələ bilər. Onu da yaddan çıxarmaq olmaz ki, beynəlxalq aləmdə Azərbaycanı istəməyən, onun inkişafını həzm etməyən, ölkədə sabitliyi pozmağa cəhd edən qüvvələr mövcuddur. Bu kimi faktlar ölkədə güclü təhlükəsizlik tədbirlətinin görülməsini vacib edir. Bəs, reallıqda necə, təhlükəsizlik tədbirlərinin görülməsi üçün lazım olan bütün addımlar atılıbmı?
9 Yanvar 2017 14:56 İqtisadiyyatSaxlama yerləri təhlükə mənbəyi rolunu oynayır

Xatırladaq ki, Azərbaycanda terrorizmə qarşı mübarizə məqsədilə kifayət qədər təhlükəsizlik tədbirlər təşkil edilsə də hələ də görüləsi işlərə ehtiyac var. Düzdür, insanların ən çox toplaşdığı ictimai yerlərdə bu məqsədlə müəyyən tədbirlər həyata keçirilib. Ancaq elə nüanslar var ki, onların nəzərə alınmaması böyük insan tələfatı ilə nəticələnə bilər. Belə nüanslardan biri ölkədə fəaliyyət göstrən supermarketlərdəki təhlükəsizlik tədbirləri ilə bağlıdır. Belə ki, müşahidələr deməyə əsas verir ki, insanların ən çox istifadə etdiyi marketlərdə təhlükəsizlik tədbirləri yetərincə deyil. Düzdür, hazırda əksər marketlər müasir mühafizə sistemi ilə təmin ediliblər. Onların vasitəsilə kimin, nə vaxt, hansı vəziyyətdə marketə daxil olmasını asanlıqla müşahidə etmək mümkündür. Sirr deyil ki, market sahibləri otqalarında quraşdırılan monitorlar vasitəsilə marketdə cərəyan edən prosesləri rahat şəkildə müşahidə edə bilirlər. Hətta seyflər, kassalarda təhlükəsizlik sistemilərinin quraşdırılması istisna olunmur. Yeri gəlmişkən qeyd edək ki, indi idarələrdə, müxtəlif nazirliklərdə, məmurların kabinetlərində bu kameralardan quraşdırılır. O da etiraf edilməlidir ki, təhlükəsizlik kameralarından ölkədə təhlükəsizliyi təmin eləmək üçün ictimai yerlərdə, mağazalarda, supermarketlərdə, məktəblərdə və s. yerləşdirilməsinin çox böyük əhəmiyyəti var. Həmçinin müxtəlif cinayət hadisələrinin üstünün açılması üçün kameraların əhəmiyyəti böyükdür. Məsələ orasındadır ki, cupermarket sahibləri təhlükəsizlik sisteminin quraşdırılması ilə işlərini bitmiş hesab edirlər. Ancaq elə məsələlər var ki, müasir texniki avadanlıqla onun qarşısını almaq, yaxud əvvəlcədən məlumat əldə etmək mümkünsüzdür. Qeyd edək ki, bu gün şəhərin əksər hissəsində kameralar var və yenə də baş verən cinayətlərin, oğurluqların sayı durmadan artır.
Nəzərə almaq lazımdır ki, iri supermarketlər bazar funksiyasını icra edir. İstehlakçılar iri çantalarla bu əraziyə daxil olmaqdan belə çəkinmirlər. Eyni zamanda insanlar öz fərdi əşyalarını supermarketlərdə qurulmuş saxlama məntəqələrində rahatca yerləşdirə bilirlər. Nəticədə həmin saxlama yerlərinə yerləşdirilən əşyanın nədən ibarət olması heç kimə bəlli olmur. Üstəlik, belə saxlama yerlərinin açarları müştərilərə etibar edilir. Bu isə o deməkdir ki, istənilən terorçu çətinlik çəkmədən həmin saxlama yerlərindən öz məqsədləri üçün istifadə edə bilər. Çünki, bu saxlama yerləri nəzarətdən kənarda qalıb. Düzdür, bəzi supermarketlərdə mühafizəçilər məvcuddur. Lakin onlar təhlükəsizlik qaydalarından hali olmadıqlarından yalnız nəzarətçi funksiyasını yerinə yetirilər. Supermarketlərin hüquqi şəxs olan mühafizə xidmətləri ilə bağladıqları müqavilə də eyni məqsədə xidmət edir. Bununla da alıcıların marketlərdən oğurluq etməsinin qarşısını alırlar. İstehlakçıların təhlükəsizliyi məqsədilə təhlükəsizlik tədbirlərinin təşkili əksər mühafizəçilər məlum deyil. Üstəlik mühafizəçilərin marketə daxil olan müştərilərin fərdi əşyalarını müayinə etməsi onların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu insanların ictimai təhlükəsizlik məsələsidir. Odur ki, bu prosesi elə tənzimləmək lazımdır ki, insanlar öz sərbəstliyini itirməsinlər. Ölkəmizə turist və miqrant axınını, beynəlxalq tədbirlərin sayının artmasını nəzərə alaraq supermarketlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi işin xeyrinə olardı.
Alim