Qeyri-neft məhsularının ixracı azalıb
2016-cı ilin yanvar-noyabr aylarında 1117,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Statistika Komitəsindən verilən məlumata görə, bu 2015-ci ilin eyni dövrünə nisbətən real ifadədə 17,8 faiz azdır. 2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,9 faiz, təzə tərəvəz – 49,1 faiz, kartof – 4,3 faiz, qara metallardan borular – 5,0 dəfə, pambıq ipliyi – 15,3 faiz artmış, şəkər ixracı isə 46,9 faiz, bitki yağları – 59,9 faiz, çay – 72,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,8 faiz, polietilen – 3,2 faiz, emal olunmamış alüminium – 23,4 faiz azalıb.
16 Yanvar 2017 17:58 İqtisadiyyat2016-cı ilin yanvar-noyabr aylarında 1117,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Statistika Komitəsindən verilən məlumata görə, bu 2015-ci ilin eyni dövrünə nisbətən real ifadədə 17,8 faiz azdır. 2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,9 faiz, təzə tərəvəz - 49,1 faiz, kartof - 4,3 faiz, qara metallardan borular - 5,0 dəfə, pambıq ipliyi - 15,3 faiz artmış, şəkər ixracı isə 46,9 faiz, bitki yağları - 59,9 faiz, çay - 72,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 89,8 faiz, polietilen - 3,2 faiz, emal olunmamış alüminium - 23,4 faiz azalıb.