Vaxtı keçmiş kreditlərin qaytarılması niyə mümkün olmur?
Kredit verilərkən bank mütəxəssisləri tərəfindən müştərinin maliyyə vəziyyətinin düzgün qiymətləndirilməməsi kredit təşkilatlarını bir çox problemlərlə üz-üzə qoyub. Belə ki, müştərinin maliyyə resurları dərindən təhlil edilmədən, o cümlədən möhkəm girov təminatı olmadan verilən kreditlər sonradan kredit verən təşkilatların özlərinin başağrısına çevrilir. Bu zaman götürülən kredit məbləği borcalanlar tərəfindən geri qaytarılmır, aylıq kredit ödənişləri gecikdirilir, kredit borcları yığılır və son nəticədə ölkədə problemli kreditlərin həcminin artmasına səbəb olur.
17 Yanvar 2017 14:29 İqtisadiyyatEkspert: "Mövcud şərtlər vətəndaşların bank güzəştlərindən faydalanmasına imkan vermir"
Kredit verilərkən bank mütəxəssisləri tərəfindən müştərinin maliyyə vəziyyətinin düzgün qiymətləndirilməməsi kredit təşkilatlarını bir çox problemlərlə üz-üzə qoyub. Belə ki, müştərinin maliyyə resurları dərindən təhlil edilmədən, o cümlədən möhkəm girov təminatı olmadan verilən kreditlər sonradan kredit verən təşkilatların özlərinin başağrısına çevrilir. Bu zaman götürülən kredit məbləği borcalanlar tərəfindən geri qaytarılmır, aylıq kredit ödənişləri gecikdirilir, kredit borcları yığılır və son nəticədə ölkədə problemli kreditlərin həcminin artmasına səbəb olur. Lakin problemli kreditlərin artma səbələri təkcə bu amillə bağlı deyil. Ekspertlər hesab edirlər ki, problemli kreditlərin artma səbəbləri müxtəlif ola bilər. Məsələn, Mərkəzi Bank tərəfindən görülən son inzibati tədbirlərin daha çox hissəsinin istehlak kreditlərinin məhdudlaşdırılmasına hesablanıb. Bu isə o deməkdir ki, vətəndaşlar ödəmə qabiliyyətindən artıq borc yükünün altına girir və nəticədə ödəmədə problemi yaranır. Odur ki, yaranmış vəziyyətdən çıxış yolu kimi kreditlərin verilməsi prosesində daha ciddi tələblərin qoyulması və krediti gecikdirən borclulara qarşı qanunvericiliyin sərtləşdirilməsi təklif olunur. Maraqlıdır, sadalanan şərtlərlə kreditlərin ödənilməsini təmin etmək mümkündürmü? Məlumat üçün qeyd edək ki, hazırda kredit borcu olan vətəndaşlara qarşı bir sıra məhdudiyyətlər tətbiq edilir. Daha dəqiq, borclu vətəndaşların ölkədən çıxmasına qadağa qoyulması, onların əmlakı üzərində həbs qoyulması, əmək haqqına tutumların yönəldilməsi kifayət qədər geniş olsa da yenə də borcların tam ödənilməsinə gətirib çıxarmır. Məhkəmələr isə əksər hallarda 1000 manatdan aşağı borclara görə ölkədən çıxmağa məhdudiyyətlər qoymaqdan imtina edirlər. İstehlak kreditlərindən fərqli olaraq daşınmaz əmlak və ümumiyyətlə, təminatlı kredit növlərinin təminatı olduğuna görə, onun yığılmasında problemlər elə də ciddi deyil. Çünki, həm kreditor, həm də borclu yaxşı anlayır ki, istənilən halda daşınmaz əmlakı hərraca çıxarıb kreditin ödənilməsinə nail olmaq mümkündür. Əsas problemlər, təminatsız kreditlər ilə bağlı yaranır, hansı ki, bu kreditlərin heç bir təminatı yoxdur. Araşdırmalar zamanı bəlli olub ki, təminatsız kreditləri alan şəxslər arasında ən çətin ödəniş edən qrup 18-25 yaş arasında, əmlakı olmayan vətəndaşlardır. Məlumdur ki, onların istifadə etdiyi əmlak da ailəsinə məxsus olur. Bu kateqoriyalı şəxsləri kreditlərin ödənilməsinə yönləndirmək olmur, problemlər bu qrup borclularda daha çox özünü göstərir. Bəs, bu problemin həlli yolları varmı? İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, daha çox dollarla götürülən kreditləri geri qaytarılmasında çətinliklər yaşanır: "Hazırda kredit portfelində dollarla kredit götürənlər daha çox üstünlük təşkil edir. Kredit götürən vətəndaşların sayı 2, 5 milyondan artıqdır. 2,5 milyonluq kredit portfelində dollarla olan kreditlərin həcmi daha çoxdur. Xarici valyutada kredit götürən şəxslər manatın indiki məzənnəsinə uyğun olaraq ödəniş həyata keçirirlər. Hələlik dollarla kredit götürənlərə hər hansı güzəşt edilmir. Bəzi banklar müəyyən güzəştlər tətbiq etsə də, onlar da arzuolunan səviyyədə deyil. Mövcud şərtlər vətəndaşların böyük bir qisminin bu güzəştlərdən faydalanmasına imkan vermir. Faktiki olaraq indiki məqamda məzənnə fərqini nəzərə alsaq, həmin kreditlərin geridönüşü mümkünsüzdür". Ekspert hələ iki il əvvəl verdiyi təklifi xatırladıb: "Yadınızdadırsa, mən hələ 2015-ci ildə hökumətə dollarla krediti olan şəxslərə 3 tərəfli qaydada güzəştin tətbiq edilməsini təklif etmişdim. Təklifdə 0.78 məzənnəsilə götürülən və 1,05-dən çox olan fərqin 3 tərəf-bank, dövlət və kredit götürən şəxs arasında bölüşdürülməsi nəzərdə tutulurdu. Bunun özəlliyi ondan ibarət idi ki, hər 3 tərəf xərcin 2/3-ni ödəyəcəkdi. Bu isə hər 3 tərəfə ciddi çətinlik yaratmayacaqdı. Bu imkan verirdi ki, dollarla kredit götürən şəxs xərcin 2/3-dən azad olsun. Mən hesab edirəm ki, dollarla götürülmüş kreditlərə güzəşt tətbiq edilməsi gündəmdən çıxmamalıdır. Birmənalı şəkildə Mərkəzi Bank dollarla götürülən kreditlərə güzəşt tətbiq edilməsini müzakirə etməlidir. Həm sosial, həm də bank sektorunun sağlamlaşıdırılması baxımından dollarla olan kreditlərə güzəştlər tətbiq edilməsi vacibdir. 3 tərəfli kredit ödənişi mexanizmi indiki məqamda daha məqsədəuyğundur. Konstitusiya Məhkəməsinin dollarla olan kreditlərlə bağlı məlum qərarından (milli valyutanın mövcud məzənnəsinə uyğun ödəniş edilməsi) sonra dollarla olan kreditlərə hər hansı güzəşt tətbiq edilməyib. Mərkəzi Bankın liberal məzənnə siyasətinə keçdikdən sonra bu məsələyə yenidən qayıdacağı və dollarla kredit götürən şəxslərə güzəştlər verilməsinin müzakirəsinə başlayacağına inanmaq istəyirəm".
Alim