"Ötən il strateji hədəflərin müəyyənləşdirilməsi baxımından vacib il oldu"
“2016-cı il öncədən proqnozlaşdırıldığı kimi heç də asan il olmadı. 2015-ci ilin sonunda Azərbaycan Prezidenti öz çıxışında neftin dünya bazarında ucuzlaşması ilə əlaqədar 2016-cı ilin asan il olmayacağını bəyan etmişdi. Bu baxımdan 2016-cı ilin sonuna doğru neftin dünya bazarında qiyməti stabilləşsə də, yenə də neftin dünya bazarında qiyməti aşağı olaraq qalır”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
23 Yanvar 2017 11:46 İqtisadiyyat"2016-cı il öncədən proqnozlaşdırıldığı kimi heç də asan il olmadı. 2015-ci ilin sonunda Azərbaycan Prezidenti öz çıxışında neftin dünya bazarında ucuzlaşması ilə əlaqədar 2016-cı ilin asan il olmayacağını bəyan etmişdi. Bu baxımdan 2016-cı ilin sonuna doğru neftin dünya bazarında qiyməti stabilləşsə də, yenə də neftin dünya bazarında qiyməti aşağı olaraq qalır". Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, 2016-cı ildə ölkə başçısı tərəfindən strateji yol xəritəsinin, eləcə də 11 strategiya üzrə sənədlərin hazırlanması və dövlət başçısı tərəfindən həmin sənədlərin təsdiqi nəticə etibarı ilə 2017-ci ildə həyata keçiriləcək islahatların istiqamətləri müəyyənləşdirməyə imkan verdi. 2016-cı ildə təsdiq edilən sənəd və strategiyalar artıq post-neft dövrü olan Azərbaycanda iqtisadi islahatların prioritetlərini müəyyənləşdirməyə imkan verdi, şərait yaradı. Bu baxımdan 2016-cı il xüsusən 2017-ci il və növbəti illərdə iqtisadi islahatların aparılması baxımından məhz yeni post-neft dövrünün çağırışlarına uyğun olaraq hüququ bazanın formalaşdırılması, iqtisadi islahatlar strategiyasının müəyyənləşdirilməsi baxımından vacib oldu. Bu sənədlərdə nəzərdə tutulanların həyata keçirilməsi, birmənalı şəkildə iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı baxımından vacib hesab edilir. Bu kontekstdən 2016-cı ili strateji hədəflərin müəyyənləşdirilməsi baxımından vacib il oldu. Növbəti illərdə də əsas məqsəd strateji hədəflərdən çıxış edərək Azərbaycan iqtisadiyyatının şaxələnməsi və neftdən asılılığın mərhələli şəkildə aradan qaldırılması olacaq".