İran vətəndaşları 3 gün ərzində viza ala biləcəklər
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
18 Yanvar 2017 15:40 İqtisadiyyatİqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, son 3 ildə Azərbaycan-İran əlaqələri yeni mərhələyə yüksəlib, dövlət başçıları 7 dəfə görüşüb, 100-dək səfər həyata keçirilib, 40-a yaxın sənəd imzalanıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 3 iclası keçirilib. Azərbaycan-İran siyasi əlaqələrinin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına da böyük imkanlar yaradır. Bildirilib ki, son 3 ildə ölkələrimiz arasında "Xudafərin" və "Qız Qalası" Sazişi, eləcə də "Ordubad" və "Marazad" su elektrik stansiyalarının tikintisi və istismarı haqqında" Saziş imzalanıb və qüvvəyə minib. 2016-cı ilin yanvar-noyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 58% artıb. Ötən il Neftçala Sənaye Zonasında Azərbaycan-İran birgə avtomobil istehsalı zavodunun təməli qoyulub, Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı istifadəyə verilib. Bu ilin yanvarın 16-da isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməli qoyulub. Nazir Şahin Mustafayev qeyd edib ki, viza rejiminin sadələşdirilməsi və "ASAN viza"nın tətbiqi nəticəsində İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala biləcəklər.