İqtisadiyyat

İranda azərbaycanlı sahibkarlara GÜZƏŞT

2 Mart 2017 16:35

"İranın Məşhəd şəhərində azərbaycanlı sahibkarlara hotel tikmək üçün güzəştlər təklif edilir". Bunu  İranın Məşhəd şəhərinin icra başçısının  investisiya və əməkdaşlıq şöbəsinin sədri Məhəmmədrza Məzci deyib. O deyib ki, Məşhəd şəhərinin icra orqanı bu müqəddəs şəhərdə hotel tikmək istəyən azərbaycanlı iş adamlarına xüsusi güzəştlər təklif edir: "Onlara torpaq sahəsi ayrılacaq və tikinti üçün icazə veriləcək".

İspaniyaya fındıq ixrac olunacaq

2 Mart 2017 15:33

Birləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərində keçirilən "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində uğurlu danışıqlar davam edir. Sərgini ziyarət edənlər "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan meyvə və tərəvəz məhsullarına, çay və fındığa böyük maraq göstərir. Artıq sərgi çərçivəsində Azərbaycan şirkəti İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı ilə bağlı sifariş alıb və bu sahədə danışıqlara başlanılıb.

Balıqların artırılmasına 2940,5 min manat vəsait xərclənib

2 Mart 2017 15:31

2016-cı ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2940,5 min manat və ya 2015-ci illə müqayisədə 11,8 faiz çox vəsait sərf olunub. Statistika Komitəsindən verilən məlumata görə, həmin vəsaitin 92,1 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 7,9 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 50,3 milyon ton yük daşınıb

2 Mart 2017 15:30

2016-cı ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 50,3 milyon ton, yük dövriyyəsi isə 9917,4 milyon ton-km olmuşdur. Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 31,5 milyon tonu və ya 62,6 faizi avtomobil nəqliyyatı, 13,8 milyon tonu və ya 27,4 faizi dəmir yolu nəqliyyatı, 5,0 milyon tonu və ya 10,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. 2015-ci illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 3,7 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 10,9 faiz və 17,7 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 15,7 faizini və ya 7,9 milyon tonunu tranzit yüklər təşkil etmişdir.

Keçən ay 7438 metr qazma işi həyata keçirilib

2 Mart 2017 13:20

2017-ci ilin fevral ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7438 metr, yanvar-fevral aylarında isə 18584 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. 2017-ci ilin fevral ayında qazmadan alınmış 7, il ərzində isə 13 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub

1 Mart 2017 17:48

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü və təşkilatçılığı ilə "Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi" forumu keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin, Çinin Kommersiya və Nəqliyyat nazirliklərinin, Dəmir Yolu Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının, beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edib.

Nazirlik vergi ödəyicilərinə müraciət etdi

1 Mart 2017 16:42

2016-cı hesabat ilinin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini, əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini cari ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar. Vergilər Nazirliyindən verilən məlumata görə, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində, büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Süni qiymət artımına rəvac verənlər

1 Mart 2017 15:35

Artıq “Novruz” bayramı qapımızın kandarındadır. Su və od çərşənbələrinə əlvida demişik. Amma insanları narahat edən, bu sevincə kədər qatan məsələlərdən biri bayram süfrəsi üçün lazım olan ərzağın bahalaşmasıdır. Ənənəyə görə, “Novruz” süfrəsinə yeddi cür nemət, müxtəlif şirniyyatlar düzülməlidir. Bunun üzərinə müasir Avropa disertlərini də əlavə etsək bayram süfrəsinə nə qədər ərzağın lazım olduğu aydın olar. Təəssüf ki, bayramda hər kəsin süfrəsini bol edəcəyini nəzərə alan alverçilər fürsətdən yararlanaraq qiymətləri süni şəkildə qaldırıblar.

Yeni iqtisadi inkişaf modeli -milli iqtisadiyyatın yol xəritələri

1 Mart 2017 15:34

“Son bir neçə ildə dünya iqtisadiyyatının yeni siklə daxil olması, dünya enerji  bazarlarında neftin kəskin ucuzlaşması bütün neft ixracatçısı ölkələrinə, o  cümlədən Azərbaycana da təsirsiz ötüşməyib. Belə bir şəraitdə ölkə Prezidenti  cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının liberallaşdırılması, rəqabət  qabiliyyətinin artırılmasını, idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafının təmin edilməsini, insan kapitalından səmərəli  istifadə edilməsi məqsədilə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin  formalaşdırılmasını, bu istiqamətdə davamlı və ardıcıl islahatların aparılmasını  hökumətin qarşısında 2016-cı il üçün mühüm vəzifə olaraq müəyyənləşdirmişdi.  Beləliklə, yeni iqtisadi strategiyanın hazırlanması və müvafiq institusional və  konseptual islahatların həyata keçirilməsi ciddi bir zərurət olaraq ortaya çıxıb”.

Dollara tələbat artır

1 Mart 2017 15:20

Dünya bazarlarında yaşanan məlum neft “fırtınasından” sonra milli valyutaların Amerika dollarına nisbətən dəyərdən düşməsi Azərbaycana təsirsiz ötüşmədi. Ötən müddət ərzində manat-dollar tarazlığının pozulması hazırda da davam edir. Bir neçə həftə əvvəl manat dollara nisbətən bir qədər dəyər qazansa da, lakin hazırda bunun əksi müşahidə edilməkdədir.

Vüqar Bayramov: “Dolların satış kursu artırsa, deməli xarici valyutaya tələb artır”

1 Mart 2017 15:09

"Valyutanın alınıb-satılması məsələsi, olduqca əhəmiyyətli və diqqət çəkən məsələlərdəndir. Əslində, hər bir şəxs valyuta bazarındakı dəyişiklikləri izləməklə valyuta satan və ya alan zaman risklərini müəyyən qədər sığortlaya bilər". Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ötən aydan etibarən bazarın və xüsəsən də, bankların prosesə təsir imkanları artıb. Buna görə də, Mərkəzi Bankın kursu artıq heç də bazardakı mənzərə anlamına gəlmir.

Qətərdə Azərbaycan məhsullarının satışına dair Müqavilə imzalanıb

28 Fevral 2017 18:49

Azərbaycanın Qətərə ixrac missiyası başa çatıb. 25-27 fevral tarixlərini əhatə edən ixrac missiyası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Qətərin Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və Qətər iş adamları arasında görüş keçirilib. Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verib. 100-ə yaxın ərəb iş adamının, eləcə də distributor şirkətlərin iştirakı ilə keçirilmiş ikitərəfli görüşlərdə Azərbaycan və ərəb iş adamları arasında əlaqələrin genişləndirilməsi, Qətərə ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri ixracyönümlü məhsullar barədə məlumat veriblər.

SMS-lərə cavab verməyənlər 100 manat məbləğində cərimələnəcək

28 Fevral 2017 17:15

Vergilər Məcəlləsinə edilən və 1 yanvar 2017-ci ildən qüvvəyə minən dəyişikliklər - vergi qanunvericiliyini pozmaqla bağlı maliyyə sanksiyalarının tətbiqi - vergi ödəyicilərinin vergi məlumatlarını vaxtında verməməsi ilə əlaqədar deyil.

"Gulfood 2017" sərgisində Azərbaycan məhsullarına maraq böyükdür

28 Fevral 2017 16:47

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən "Gulfood 2017" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər tərəfindən maraqla qarşılanır. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, xüsusi tərtibatda hazırlanmış 128 kvadrat metrlik Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yerli məhsullarımız meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim edilir.

Nazir vergi ödəyicilərinin hamısına “bir gözlə baxılmayacağını” açıqladı

28 Fevral 2017 16:20

Azərbaycanda vergi ödəyicilərinə yanaşma diferensiallaşdırılacaq. Burada əsas yanaşma kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaqdır.