Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü və təşkilatçılığı ilə "Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi" forumu keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin, Çinin Kommersiya və Nəqliyyat nazirliklərinin, Dəmir Yolu Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının, beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edib.

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü və təşkilatçılığı ilə "Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi" forumu keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin, Çinin Kommersiya və Nəqliyyat nazirliklərinin, Dəmir Yolu Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının, beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edib.Tədbirdə Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Elçin Əhmədov ölkəmizin nəqliyyat-tranzit potensialı, logistika imkanları, yükdaşımalar sahəsində yaradılan əlverişli imkanlar barədə məlumat verib. Bildirilib ki, ölkəmizin tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir və bu sahəyə irihəcmli investisiyalar yönəldilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başlaması, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, eləcə də beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun güclənməsində əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını da genişləndirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq. Forumda Transxəzər beynəlxalq nəqliyyat marşrutuna dair film nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31