Yeni iqtisadi inkişaf modeli -milli iqtisadiyyatın yol xəritələri
“Son bir neçə ildə dünya iqtisadiyyatının yeni siklə daxil olması, dünya enerji bazarlarında neftin kəskin ucuzlaşması bütün neft ixracatçısı ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyib. Belə bir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının liberallaşdırılması, rəqabət qabiliyyətinin artırılmasını, idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafının təmin edilməsini, insan kapitalından səmərəli istifadə edilməsi məqsədilə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını, bu istiqamətdə davamlı və ardıcıl islahatların aparılmasını hökumətin qarşısında 2016-cı il üçün mühüm vəzifə olaraq müəyyənləşdirmişdi. Beləliklə, yeni iqtisadi strategiyanın hazırlanması və müvafiq institusional və konseptual islahatların həyata keçirilməsi ciddi bir zərurət olaraq ortaya çıxıb”.
1 Mart 2017 15:34 İqtisadiyyat"Son bir neçə ildə dünya iqtisadiyyatının yeni siklə daxil olması, dünya enerji bazarlarında neftin kəskin ucuzlaşması bütün neft ixracatçısı ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyib. Belə bir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının liberallaşdırılması, rəqabət qabiliyyətinin artırılmasını, idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafının təmin edilməsini, insan kapitalından səmərəli istifadə edilməsi məqsədilə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını, bu istiqamətdə davamlı və ardıcıl islahatların aparılmasını hökumətin qarşısında 2016-cı il üçün mühüm vəzifə olaraq müəyyənləşdirmişdi. Beləliklə, yeni iqtisadi strategiyanın hazırlanması və müvafiq institusional və konseptual islahatların həyata keçirilməsi ciddi bir zərurət olaraq ortaya çıxıb".
Vergilər naziri Fazil Məmmədov Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytına verdiyi müsahibəsində bildirib ki, yeni inkişaf dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli və dayanıqlı inkişafa nail olmaq istiqamətində mühüm addımlardan biri də "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiq olunmasıdır. Bu xəritə, eləcə də iqtisadiyyatın 12 əsas sektoru üzrə təsdiq edilmiş strateji yol xəritələri Azərbaycanın yaxın gələcək üçün hədəflərini və prioritet inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəd toplusu olmaqla, ölkənin yeni iqtisadi modelinin əsasını təşkil edir: "Strateji yol xəritələri 2016-2020-cı illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üzrə qarşıya qoyulmuş hədəfləri özündə əks etdirir. İqtisadiyyatın mövcud və ziyyətinin dərin təhlilinə əsaslanan bu sənədlərdə ayrı-ayrı sektorların inkişaf istiqamətləri, rəqabət qabiliyyətliliyin daha da artırılması, investisiyaların cəlbi, azad rəqabət mühiti, dünya bazarlarına çıxış, Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin və etibarlı tərəfdaş imicinin gücləndirilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilib. Yeni çağırışların yarandığı dövrdə Azərbaycanın iqtisadi prioritetləri, bunların həyata keçirilməsi yolları, o cümlədən 2017-ci ildə ölkəmizin qarşısında duran əsas məsələlər ölkə Prezidenti cənab İlham Əliyevin Davos Forumunun saytında yayımlanmış məqaləsində geniş şərh edilir. Yeni erada qarşıda duran əsas məqsədlər sırasında iqtisadiyyatda qeyri-neft sektorunun diversifikasiyası prosesinin dərinləşdirilməsi, maliyyə sisteminin sağlamlaşdırılması, əhalinin gəlirlilik səviyyəsinin və məşğulluğunun artırılması da yer alır. Hazırda Azərbaycanda struktur və institusional islahatlar davam etdirilir, iqtisadi potensialın gücləndirilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının artırılmasına, aqroparkların və iri fermer təsərrüfatlarının, sənaye parklarının və zonalarının yaradılmasına, ölkənin tranzit və logistik potensialının yüksəldilməsinə dövlət tərəfindən güclü dəstək verilir. Bunlarla paralel dövlət idarəetmə sistemi təkmilləşdirilir, bütün sahələrdə, o cümlədən vergi və gömrük sistemində şəffaflıq təmin edilməkdədir. Çağırışlar və dəyişikliklər üçün açıq vergi sisteminə doğru İslahatları dəstəkləyən mühüm dövlət qurumu rolunda çıxış edən milli vergi sistemi, öz növbəsində, daim iqtisadi situasiyanın dəyişməsinə operativ və adekvat reaksiya verməkdədir. Son illərdə vergi sisteminin inkişafına, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsinə, institusional potensialın gücləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə edilməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının yeni inkişaf istiqamətləri, biliklərə əsaslanan müasir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir. Bu vəzifələrin sırasına ilk növbədə iqtisadi siyasətin mühüm qolu olan və biznes fəaliyyətinin tənzimlənməsində effektiv alət hesab edilən vergi siyasətinin tənzimləyici rolunun artırılması, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılması, vergi inzibatçılığının yeni səviyyəyə qaldırılması, sahibkarlar üçün xidmətlərin təkmilləşdirilməsi və müasir korporativ idarəetmə sisteminin qurulması daxildir".
Nazir bildirib ki, iqtisadiyyatda yeni eranın başlanması 2016-cı ildə vergi sistemində də
fundamental islahatları labüdləşdirib. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nə dair sənəddə, eləcə də "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə yeni dövrdə vergi sisteminin qarşısında duran mühüm vəzifələr öz əksini tapır. Bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması, habelə ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi, verginin stimullaşdırıcı təsirinin önə çəkilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsidir: "Bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"dir ki, bu da ötən il həyata keçirilən tədbirlərin əsas konturlarını müəyyən edib. Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə "risklərin idarə edilməsi" sistemi kimi innovativ alətlər uğurla tətbiq olunub, iri vergi ödəyicilərində elektron auditin tətbiqi dairəsi genişləndirilib, vergi yoxlamalarının bütün növlərinin həyata keçirilməsi ilə bağlı qaydalar təkmilləşdirilib, elektron xidmətlərin sayı artırılıb, ölkəmizə turist axınının artımında mühüm rol oynayan "Tax free" sisteminin tətbiqinə başlanılıb. 2016-cı ildə OECD-nin Qlobal Forumunun Qiymətləndirmə Qrupu Azərbaycan Respublikasının vergi sistemində şəffaflığın və məlumat mübadiləsi sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı hesabatı qəbul edərək ölkəmizə yüksək reytinq verib. Bundan başqa, intizamlı vergi ödəyicilərinə "yaşıl dəhliz" prinsipi əsasında fərdi və sürətli innovativ texnologiyalara söykənən xidmətlərin göstərilməsi üçün hazırlıq işləri başa çatdırılıb. Bütün bunlar vergi sistemində şəffaflığın daha da artırılmasına, vergi orqanları və sahibkarlar arasında münasibətlərin yeni müstəviyə qaldırılmasına şərait yaradıb".
Alim