Dollara tələbat artır
Dünya bazarlarında yaşanan məlum neft “fırtınasından” sonra milli valyutaların Amerika dollarına nisbətən dəyərdən düşməsi Azərbaycana təsirsiz ötüşmədi. Ötən müddət ərzində manat-dollar tarazlığının pozulması hazırda da davam edir. Bir neçə həftə əvvəl manat dollara nisbətən bir qədər dəyər qazansa da, lakin hazırda bunun əksi müşahidə edilməkdədir.
1 Mart 2017 15:20 İqtisadiyyatPərviz Heydərov: "Valyuta bazarında yenə gərginlik yaranacağı labüd görünür"
Dünya bazarlarında yaşanan məlum neft "fırtınasından" sonra milli valyutaların Amerika dollarına nisbətən dəyərdən düşməsi Azərbaycana təsirsiz ötüşmədi. Ötən müddət ərzində manat-dollar tarazlığının pozulması hazırda da davam edir. Bir neçə həftə əvvəl manat dollara nisbətən bir qədər dəyər qazansa da, lakin hazırda bunun əksi müşahidə edilməkdədir. Bunu Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərracında əvvəlki hərraca nisbətən dollara olan tələbatın artmasında da müşahidə etmək mümkündür. İqtisadçı ekspert Pərviz Heydərov qeyd edir ki, fevral ayının 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) ənənəvi olaraq keçirdiyi valyuta hərracına Dövlət Neft Fondu (SOFAZ) tərəfindən satışa 35 milyon ABŞ dolları məbləğində valyuta çıxarılıb ki, bunun da 34,12 milyon dolları, başqa sözlə 97,5 faizi alınıb. Beləlklə də, kurs martın 1-nə 1,7515 manat müəyyən edilib. Fevralın 28-nə isə 1,7475 manat idi. Sözün qısası, dollar yenə bahalaşmaqdadır. Sual yaranır ki, bu, nəyi göstərməkdədir? Yanvardakı tendensiya bərpa olunurmu ? Xatırladım ki, yanvarda manatın dollara qarşı dəyəri Dövlət Nefty Fondu (SOFAZ) tərəfindən həmin ay ərzində Azərbaycan Mərkəzi Bankınin keçirdiyi hərraclarda satışa ümumən 285 milyon dollar vəsait çıxartmasına rəğmən, 8,23 faiz civarda ucuzlaşmışdı. Ancaq fevralda vəziyyət dəyişdi. Belə ki, fevral başlayandan manat möhkəmlənməyə başladı. Odur ki, sual yaranır, martda bizi valyuta bazarında nə gözləyir? Xatırladım ki, bu mövzuda əvvəlki açıqlamalarımda və şərhlərimdə də manatın məzənnəsinin möhkəmlənməsi prosesinin mart ayında dayanacağını bildirmişdim. Fevral başlayandan manatın möhkəmlənməsi dayanıqlı tendendensiya deyildi. Təkrar edirəm ki, bundan əvvəlki ayda, yəni yanvar ayı ərzində isə manat 8,23 faiz ucuzlaşmışdı. Fevralda isə bunun əks proseslə əvəz olunacağı məlum məsələ idi. Çünki fevral iqtisadi aktivlik ayı deyil. Odur ki, fevralın 16-na kimi manat bahalaşmaqda davam elədi. Ayın sonuna doğru isə bu tendensiya təbii olaraq, səngidi. Və beləliklə də, bütövlükdə artıq, başa çatan sözügedən ay ərzində manatın 10 faizə yaxın dəyər qazandığı qeydə alındı. Ancaq artıq, bir neçə gün idi ki, prosesin sanki yanvardakı tendensiyaya doğru dəyişdiyi və manatın cüzi templə də olsa ucuzlaşmasının yenə bərpa olunduğu müşahidə olunmağa başlayıb. Hesab edirəm ki, bu da qanunauyğun bir proses olaraq qəbul edilməlidir". İqtisadçı deyir ki, martda idxal məhsullarına tələbat artır. Mart həmçinin, bayramlar ayıdır: "İstehlak bazarında tələb genişlənməli olur. Əhalinin də xarici valyutaya tələbi artır. Həm bu, həm də digər bir sıra iqtisadi faktorlar səbəbindən valyuta bazarında yenə gərginlik yaranacağı labüd görünür. Bununla belə, düşünmürəm ki, dolların yanvardakı qədər bahalaşacağını müşahidə edəcəyik. Düzdür, bütövlükdə mart ayı ərzində manat ucuzlaşacaq. Amma aprelə doğru bu tendensiya yenidən dəyişəcək". Bu arada "Fitch" beynəlxalq reytinq agentliyinin Azərbaycanda 2019-cu ilin sonuna kimi manatın ABŞ dollarına qarşı orta məzənnəsinin 1,89 AZN/USD səviyyəsində qalacağını proqnozlaşdırıb.
Hesabata əsasən, yaxın 3 il ərzində dünya bazarlarında "Brent" markalı neftin orta illik qiyməti ilə də bağlı proqnoz açıqlanıb. 2017-ci ildə neftin orta qiymətinin 1 barelə görə 45, 2018-ci ildə 55, 2019-cu ildə isə 60 dollar olacağı bildirilib. Məsələ ilə bağlı fikirləriuni bildirən Pərviz Heydərov deyib ki, əslində, pis proqnoz deyil: "Əgər, nəzərə alsaq ki, hazırda kurs elə bu həddədir, demək, valyuta bazarında yaxın 3 ildə sabitlik yaranacaq. Ancaq, burada bəzi nüanslar var. Onlardan biri və birincisi də ondan ibarətdir ki, istənilən xarici qurumun və yaxud reytinq ağentliyinin bu və ya digər məsələ barədə irəli sürdüyü proqnoz nisbi xarakter daşıyır. Onlar yalnız, mövcud vəziyyətə dair rəy söyləyə bilərlər ki, bu sahədə qiymətləndirmə daha real doğru xarakter daşımaq iqtidarındadır. Adı çəkilən beynəlxalq reytinq agentliyinin də manatın orta məzənnəsi haqda söylədiyi proqnoza hesab edirəm xüsusən, bu cür prizmadan yanaşmaq lazımdır. Ona görə ki, burada söhbət, təkcə bu il ərzindən deyil, gələn il də daxil olmaqla, 2019-dan gedir. Halbuki, bu ilin hətta ikinci yarısında belə, dünya iqtisadiyyatında nə baş verəcəyini söyləmək çətindir. Çünki, qlobal iqtisadiyyatda rəqabət getdikcə güclənir. Dünyanın iqtisadi gücləri arasında biri-birilərindən kənarlaşma, bütövlükdə proteksionist siyasət elementləri getdikcə genişlənməkdədir".
Füzuli