Gündəm

Məmuru qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı məhkəmədə son söz deyəcək

31 Avqust 2016 17:23

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

MSK-da 161 müşahidəçi qeydiyyatdan keçib

31 Avqust 2016 17:16

Bu günə qədər referendumla əlaqədar  Mərkəzi Seçki Komissiyasında (MSK) 161 müşahidəçi qeydiyyatdan keçib.  SİA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında  açıqlayıb. 

Ekspert: İŞİD-ə qarşı hərbi əməliyyatlar Türkiyə üçün bir sıra risklər də yaradır

31 Avqust 2016 17:14

Türkiyə Quru Qoşunlarının və Hərbi Hava Qüvvələrinin Suriya ərazisində İŞİD terror qruplaşmasına qarşı keçirdiyi hərbi əməliyyatlar öz bəhrəsini verməklə yanaşı, bölgə, xüsusən də Türkiyə üçün bir sıra risklər yaradır.

Moskvada Qarabağ münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələr aparılacaq

31 Avqust 2016 17:13

Sentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı plan üzrə məsləhətləşmələr aparılacaq.

Türkiyə Suriyaya əlavə hərbi texnika göndərib

31 Avqust 2016 17:11

Suriyanın Cerablus şəhərinin İŞİD-dən azad edilməsi üzrə əməliyyat çərçivəsində Türkiyə həmin əraziyə əlavə hərbi texnika göndərib.

88 yaşlı piyadanın ölümünə səbəb olan sürücü həbs edilib

31 Avqust 2016 17:10

Tərtər rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulub.

Azərbaycanda timsah rəqs edən zavallıları uddu

31 Avqust 2016 17:09

Hər siyasətçinin ən gərəkli, vacib xüsusiyyətlərindən biri də onun gerçəkliyi anlamaq bacarığı, adekvatlığıdır. İstini soyuq, sazağı börkü, alatoranı sübh, gündoğarı da zülmət sayan kəslər əsla lider ola bilməzlər. Belələri ən yaxşı halda onlara hələ də inanan tək-tük insanları çaşdırırlar, aldadırlar, nəyəsə ümidvar edirlər.

Nazirlik yeni dövlət istiqrazları yerləşdirib

31 Avqust 2016 17:07

30 avqust 2016-cı il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0101011515 ISIN kodlu, tədavül müddəti 91 gün olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.

Salyanda boru emalı sexi yanıb

31 Avqust 2016 17:06

Salyan rayonunda vətəndaşa məxsus boru emalı sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 90 kv.m olan boru emalı sexinin gözətçi köşkünün yanar konstruksiyaları 12 kv.m sahədə və əraziyə yığılmış məişət tullantıları 50 kv.m sahədə yanıb.

Çayda boğulan şəxs xilas edilib

31 Avqust 2016 17:04

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonu ərazisindən keçən Gəncə çayına 1 nəfərin düşməsi və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daha 19 sahibkara investisiya təşviqi sənədi verilib

31 Avqust 2016 17:03

Avqustun 31-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə daha 19 sahibkara investisiya təşviqi sənədi təqdim olunub.

Torpaq və meşələrin dayanıqlı idarə olunmasına dair ekoloji tədbir

31 Avqust 2016 17:02

BMT İnkişaf Proqramının Qlobal Ekoloji Fondu və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Böyük Qafqaz Landşaftında Torpaq və meşələrin dayanıqlı idarə olunması” və “İqlim dəyişikliklərinə ekosistem əsaslı yanaşma” layihələri çərçivəsində “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə əməkdaşlığı ilə İsmayıllı rayonunda əhalinin və gənclərin ekoloji maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan çox təqdirəlayiq addım atdı

31 Avqust 2016 17:01

Azərbaycan Rusiya paralimpiyaçılarının Paralimpiya Oyunlara buraxılmamasına görə ona verilən əlavə 3 lisenziyadan imtina edib.

Yaponiyalı deputatlar Milli Məclisdə olublar

31 Avqust 2016 17:00

Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisava ilə görüşü keçirilib.

Zaqatalada narkotika əməliyyatı

31 Avqust 2016 16:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssəsinin ərazisində narkotik tərkibli bitkilər becərən Zaqatala rayon sakinləri həbs edilib.