Daha 19 sahibkara investisiya təşviqi sənədi verilib

Avqustun 31-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə daha 19 sahibkara investisiya təşviqi sənədi təqdim olunub.

Avqustun 31-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə daha 19 sahibkara investisiya təşviqi sənədi təqdim olunub. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının və rüsumların əhəmiyyətli şəkildə azaldılması, bu sənədlərin alınma prosedurlarının sadələşdirilməsi, sahibkarların hüquqlarının daha etibarlı qorunması məqsədilə Apellyasiya Şuralarının yaradılması, qeyri-neft ixracının təşviqi tədbirləri sahibkarlığın inkişafı üçün yeni imkanlar açır. İqtisadi inkişafın davamlılığının təmin olunmasında investisiyaların prioritet sahələrə cəlb olunmasının əhəmiyyətini vurğulayan Niyazi Səfərov bu məqsədlə müxtəlif dəstək mexanizmlərinin tətbiq olunduğunu qeyd edib. Bildirilib ki, sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün ümumi investisiya məbləği 40 milyon manatdan çox olan 8 layihənin icrası və 500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Masallı Sənaye Məhəlləsinin təşkili işləri davam etdirilir. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq, Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın təşkili istiqamətində işlər görülür. Tədbirin sonunda şirkət rəhbərlərinə investisiya təşviqi sənədləri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31