Paşinyan və Rubinyanın sülh sazişi ilə bağlı ziddiyyətli mövqeyi- ÖZƏL
15:54 SiyasətErmənistan parlamentinin sədri Ruben Rubinyan Bakının sülh sazişinin imzalanmasını yeni Konstitusiyanın qəbulu ilə əlaqələndirən mövqeyini qəbul etmədiklərini və sazişi imzalamağa hazır olduqlarını bildirib. Halbuki Baş nazir Nikol Paşinyan da mövcud Konstitusiyanın dəyişdirilməsinin vacibliyini vurğulayaraq, buna qarşı çıxmağın Azərbaycanla yekun sülhə qarşı olmaq demək olduğunu bəyan edib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Rubinyanın bu tip açıqlamasının, hesab edirəm ki, erməni cəmiyyətinə hesablandığını düşünürəm. Paşinyan da bugünkü açıqlamasında bəyan edib ki, Ermənistan Konstitusiyası daşnak ideologiyası əsasında formalaşıb. Konstitusiyada "Qərbi Ermənistan" ifadəsi, eləcə də Qarabağın Ermənistana birləşdirilməsi müddəası yer alıb. Bu isə Ermənistanın qonşuları ilə ciddi problemlər yaşamasına xidmət edir. Buna görə də Ermənistan Konstitusiyası dəyişdirilməlidir.
Konstitusiyanın dəyişdirilməsi Azərbaycanın əsas şərtlərindən biridir. Rubinyanın nə deməsindən asılı olmayaraq, Konstitusiya dəyişdirilmədən sülh müqaviləsi imzalanmayacaq. Nəzərə alsaq ki, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, referendum keçirildikdən dərhal sonra sülh müqaviləsini imzalamağa hazırdır".
Zeynəb Mustafazadə