Çayda boğulan şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonu ərazisindən keçən Gəncə çayına 1 nəfərin düşməsi və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
31 Avqust 2016 17:04 SosialFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonu ərazisindən keçən Gəncə çayına 1 nəfərin düşməsi və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:23-də başa çatmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31