Moskvada Qarabağ münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələr aparılacaq
Sentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı plan üzrə məsləhətləşmələr aparılacaq.
31 Avqust 2016 17:13 SiyasətSentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı plan üzrə məsləhətləşmələr aparılacaq.
Xüsusi müxbirinin məlumatına görə, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, görüşdə əsas diqqətin mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əldə edilən razılaşmaların reallaşdırılmasının gedişinə ayrılması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31