Azərbaycan çox təqdirəlayiq addım atdı

Azərbaycan Rusiya paralimpiyaçılarının Paralimpiya Oyunlara buraxılmamasına görə ona verilən əlavə 3 lisenziyadan imtina edib.

Azərbaycan Rusiya paralimpiyaçılarının Paralimpiya Oyunlara buraxılmamasına görə ona verilən əlavə 3 lisenziyadan imtina edib. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycan bu məsələdə özünün yüksək ləyaqətini ortya qoydu: "Ölkəmizin bu addımı çox təqdirəlayiqdir və olimpiya prinsiplərinə uyğundur. Bir ölkənin paralimpiya yarışlarına buraxılmamasına görə onun qazandığı lisenziyaların bölüşdürülməsində iştirak etmək ölkəmizə yaraşmazdı. Bu aristokrat hərəkəti ilə Azərbaycan təmiz və ədalətli oyunların tərəfdarı olduğunu sübut etdi. Onsuz da ölkəmiz Rio -2016-da Azərbaycanın 27 paralimpiyaçısı 6 idman növündə ümumilikdə 44 lisenziya ilə iştirak edəcəkdir.Onların da yüksək yerlər tutacağına inamımız böyükdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31