Yaponiyalı deputatlar Milli Məclisdə olublar

Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisava ilə görüşü keçirilib.

Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisava ilə görüşü keçirilib. "Olaylar" xəbər verir ki, Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Muxtar Babayev qonağı səmimi salamlayaraq, qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərdiyini söyləyib. Bildirib ki, bu gün Azərbaycanda sənaye sahəsi dinamik inkişaf edir, bütün istiqamətlərdə yüksək texnologiyalar geniş tətbiq olunur. Görüşdə Milli Məclisin komitə sədri Hadi Rəcəbli bildirib ki, ölkəmiz Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verir. Nümayəndə heyətlərimizin səfərləri, keçirilən çoxsaylı görüşlər təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir. Deputat Sevinc Fətəliyeva qanunverici orqanlar səviyyəsində münasibətlərin inkişafını, Yeni Azərbaycan Partiyası ilə Yaponiyanın hakim partiyası arasında əlaqələrin mövcudluğunu təqdirəlayiq hal kimi dəyərləndiribn. Millət vəkili beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmli olduğunu bildirib. İki ölkə arasında iqtisadi, enerji, informasiya texnologiyaları, turizm sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyib. 
 Qonaq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Mədəni, humanitar, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın əhəmiyyətindən danışıb. Motome Takisava Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları zamanı Azərbaycan idmançılarının uğurlu çıxışları ilə bağlı öz təbriklərini çatdırıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31