Gündəm

10-dan artıq ölkənin akademikləri Azərbaycana gəlib

31 Avqust 2016 16:25

Avqustun 31-də “ICMSEM 2016” 10-cu beynəlxalq konfransın açılış mərasimi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ikigünlük “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) konfransına dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə nümayəndələr qatılıb. Tədbir iştirakçılarını salamlayan akademik Asəf Hacıyev konfransın işinə uğurlar arzulayıb.

ATXƏM Qırğızıstan səfirliyinə başsağlığı verdi

31 Avqust 2016 16:26

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Qırğızıstanın Azərbaycandakı səfirliyində olub. 

Oğruların digər cinayətləri də aşkar edilib

31 Avqust 2016 16:24

 Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon sakini Elçin Qasımova məxsus evdən pul və mobil telefon oğurlanıb.

Qadını döyərək pulunu alanlar saxlanıblar

31 Avqust 2016 16:22

Avqustun 29-da Lənkəran rayon sakinləri Cəmil Mirzəyev və Zəfər Qurbanov həmyerliləri Dilarə Mirzəyevanı döyərək pulunu alıblar.

İki azyaşlı uşaq öldü - biri boğuldu, digəri yandı

31 Avqust 2016 16:20

Avqustun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində 2 yaşlı Mehti Bayramzadə həyətlərindəki su hovuzuna düşərək boğulub.

Həyətində çətənə kolu, evində isə marixuana aşkar edildi

31 Avqust 2016 16:19

 DİN-dən verilən məlumata görə, Hacıqbul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Salavat Ələkbərovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilib.

Bakı sakinindən 465 qram heroin götürülüb

31 Avqust 2016 16:18

Bakı şəhər sakinində narkotik vasitə aşkar edilib.

Kolleclərdə 1220 yer boş qaldı - TQDK əlavə yerləşdirmənin tarixini elan etdi 

31 Avqust 2016 16:17

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı dünən başa çatıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Bizə atəş açılıb, müqavimət göstərilib

31 Avqust 2016 16:15

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə günün ikinci yarısında davam etdirilməli olan məhkəmə prosesi baş tutmayıb.

İslam Kərimovu baş nazir əvəz etdi

31 Avqust 2016 16:13

Özbəkistanın Baş naziri Şövkət Mirziyayev bu gün Özbəkistanın Müstəqillik Günü münasibətilə Müstəqillik və humanizm abidəsinin önünə gül dəstəsi qoyub.

Yolu tapmaq istədiyi mobil xəritə onu ölümə apardı

31 Avqust 2016 15:59

Kağız xəritə yerinə mobil xəritəyə üstünlük verən cütlüyü yolun sonunda "ölüm qarşılayıb".

Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başa çatdı

31 Avqust 2016 15:58

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycan Respublikasına səfəri avqustun 31-də başa çatıb.

Ştaynmayer: ATƏT XİN başçıları sabah Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

31 Avqust 2016 15:57

ATƏT Xarici İşlər Nazirlərinin qeyri-formal Şurasında aktual gündəmin bütün məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib.

“Özbəkistanın əvvəlki müstəqil xarici siyasəti davam edəcək”- ŞƏRH

31 Avqust 2016 15:56

“Hesab edirəm ki, Özbəkistanın hakim elitası bütün təhlükələri kifyət qədər nəzərə alıb və ölkənin əvvəlki müstəqil xarici siyasəti davam edəcək”. Bunu SİA-ya açıqlamasında Özbəkistanda siyasi proseslərin perspektivini şərh edən millət vəkili, politoloq Rasim Musabəyov deyib.