Oğruların digər cinayətləri də aşkar edilib
Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon sakini Elçin Qasımova məxsus evdən pul və mobil telefon oğurlanıb.
31 Avqust 2016 16:24 KriminalAğsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon sakini Elçin Qasımova məxsus evdən pul və mobil telefon oğurlanıb. DİN-dən verilən məlumata görə, oğurluqda şübhəli bilinənlər - şəhər sakinləri Cəfər Cəfərov, Emil Məmmədov və Amil Aslanlı saxlanılıblar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon sakinləri A.Manafova və A.Əliyevə məxsus mağazalardan, habelə Cəvahir Həmidovaya məxsus evdən pul, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31