Qadını döyərək pulunu alanlar saxlanıblar
Avqustun 29-da Lənkəran rayon sakinləri Cəmil Mirzəyev və Zəfər Qurbanov həmyerliləri Dilarə Mirzəyevanı döyərək pulunu alıblar.
31 Avqust 2016 16:22 KriminalAvqustun 29-da Lənkəran rayon sakinləri Cəmil Mirzəyev və Zəfər Qurbanov həmyerliləri Dilarə Mirzəyevanı döyərək pulunu alıblar. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi və Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Mirzəyev və Z.Qurbanov tutulublar. C.Mirzəyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2012-ci il noyabrın 7-də Dilarə Mirzəyevanın evindən 2000 manat və 400 ABŞ dolları pul oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31