Yolu tapmaq istədiyi mobil xəritə onu ölümə apardı
Kağız xəritə yerinə mobil xəritəyə üstünlük verən cütlüyü yolun sonunda "ölüm qarşılayıb".
31 Avqust 2016 15:59 DünyaKağız xəritə yerinə mobil xəritəyə üstünlük verən cütlüyü yolun sonunda "ölüm qarşılayıb".
Xarici KİV xəbər verir ki, iddialara görə, 53 yaşlı bir qadın həyat yoldaşı ilə 900 metrlik dağdan aşağıya enərkən, kağız xəritə yerinə telefon vasitəsi ilə bir xəritədən istifadə etmək istəyiblər. Və mobil telefondan izlədikləri xəritə onlara səhv yolu göstərərək, cütlüyü ölümə aparıb.
Ceyn Vilson və əri Qeri Vilson axşam vaxtı Uelsdəki Trayfen dağından enmək üçün etibarlı bir marşrut axtarmağa başlayıblar.
Qerinin söylədiyinə görə, həyat yoldaşı özündən bir az öndə uyğun bir marşrut axtarmaq üçün irəliləyirmiş. Kişi bir müddət sonra qışqırıq səsi eşitdiyini bildirib.
Kitabxanaçı kimi çalışan Ceyn uçurumdan dərəyə yıxılaraq kəllə-beyin travması alır. Xilasetmə qruplarını hadisə yerinə çağıran ər arvadının cəsədinin dərənin 150 metr dərinliyindən tapıldığını bildirib.
Araşdırma sonrası dağ xilasetmə qrupları, elektron cihazlardakı xəritələrin kağız xəritədəki qədər dəqiq olmadığını söyləyərək, belə səfərlər zamanı mütləq kağız xəritələrdən istifadə olunmağın vacib olduğunu qeyd ediblər.