İki azyaşlı uşaq öldü - biri boğuldu, digəri yandı
Avqustun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində 2 yaşlı Mehti Bayramzadə həyətlərindəki su hovuzuna düşərək boğulub.
31 Avqust 2016 16:20 SosialAvqustun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində 2 yaşlı Mehti Bayramzadə həyətlərindəki su hovuzuna düşərək boğulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə əlaqədar araşdırma aparılır. Avqustun 27-də isə Masallı rayonunun Təkdam kəndində 3 yaşlı Fatimə Quliyevanın üstünə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilmiş uşaq avqustun 30-da orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31