Nazirlik yeni dövlət istiqrazları yerləşdirib

30 avqust 2016-cı il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0101011515 ISIN kodlu, tədavül müddəti 91 gün olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.

30 avqust 2016-cı il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0101011515 ISIN kodlu, tədavül müddəti 91 gün olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir. Nazirlikdən verilən məlumata görə, 
AZ0101011515 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 33.7 milyon manat təşkil etmişdir. Maliyyə Nazirliyi tərəfindən 10.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 97.7580 (gəlirlilik 9.3265%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların ödəmə müddəti 29 noyabr 2016-cı ildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31