Gündəm

Konstitusiyaya dəyişikliklər idarəetməni daha da təkmilləşdirəcək

15 Sentyabr 2016 14:25

Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə çıxarılan bir sıra məsələlər birbaşa ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Belə ki, Konstitusiyaya təklif olunan dəyişikliklərdə sahibkarlıq və xüsusi mülkiyyət barədə də bir sıra müddəalar əks olunur. Ekspertlərin qənaətinə görə, məhz bu məsələlər ölkədə uzun müddətdən bəri həllini gözləyən iqtisadi problrmlərin çözülməsinə şərait yaradacaq.

Yenə ilk zəng çalındı

15 Sentyabr 2016 14:18

Hər il sentyabrın 15-də Azərbaycanda “Bilik günü” qeyd olunur. Artıq bu gün Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı kimi qəbul olunur. Həm də sentyabrın 15-də ölkəmizdə yeni dərs ili başlayır. Xatırladaq ki, 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. Məhz bu ilki “Bilik günü”ndə də orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açmışdır. 

Dəniz Akademiyasının yeni tədris korpusu istifadəyə verilib

15 Sentyabr 2016 14:17

Sentyabrın 15-də Dəniz Akademiyasının yeni korpusu tələbələrin istifadəsinə verilib. Xəzər Dəniz Gəmiçiliyindən “OLAYLAR”-a daxil olan məlumata görə, Kazım Kazımzadə küçəsi, 127 ünvanda, “Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən dördmərtəbəli binada Xəzər Dəniz Gəmiçiliyinin vəsaiti hesabına əsaslı təmir işləri görülüb, ərazisi abadlaşdırılıb. Yeni tədris korpusunun foyesində Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan bəhs edən guşə yaradılıb.

“Sağlam Ürək Həftəsi” keçiriləcək

15 Sentyabr 2016 14:16

Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur.“Dünya Ürək Günü”nün keçirilməsində məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2010-cu ildən etibarən Dünya Ürək Federasiyasının "Dünya Ürək Günü" ilə bağlı tədbirlərinə öz töhfəsini verir.

BMT Komissarına: "Azərbaycanlı qaçqınlara da diqqət ayırın"

15 Sentyabr 2016 14:00

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ermənistanın təcavüzü nəticəsində qaçqın düşmüş azərbaycanlıların hüquqlarının pozulması məsələsinə məhəl qoymaması yolverilməzdir.

Türkiyə yenə PKK-ya zərbələr endirdi

15 Sentyabr 2016 13:59

Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatı ilə mübarizə çərçivəsində Hakkari vilayətinin Çukurca şəhəri yaxınlığında Türkiyə-İraq sərhədini keçməyə cəhd edən silahlı qrupa hava zərbələri endirib.

Əsgərxan Novruzov: “Yığmamız Rusiyadan sonra ikinci yerdə qərarlaşıb”

15 Sentyabr 2016 13:58

“Avqust ayının 31-i və sentyabr ayının 4-ü 2016-cı il tarixdə Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı təşkil olunmuşdu. Artıq yarış yekunlaşıb. Bizim sərbəst güləşçilərimiz sentyabrın 3-4-də xalça üzərinə çıxdılar”. Bunu SİA-ya Azərbaycanın gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Əsgərxan Novruzov deyib.

Veysəloğlu rəhbərliyi şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüşüb

15 Sentyabr 2016 13:56

Sentyabrın 15-də Veysəloğlu şirkətində əməkdaşlarının ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında görüş keçirilib. Şirkətin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, görüşdə şirkət rəhbərliyi yüksək bal toplayaraq ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı övlad olmağı arzulayıb. Tədbir zamanı həmçinin şirkət əməkdaşları və övladları ölkəmizdə təhsilə verilən qiymət, yaradılan şərait üçün ölkə rəhbərliyinə minnətdarlığını bildirib, öz növbəsində şirkət rəhbərliyi tərəfindən də göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

Özbəkistanda keçirilən festivalda Azərbaycan kəlağayıları nümayiş etdirilib

15 Sentyabr 2016 13:55

YUNESKO-nun Özbəkistan təmsilçiliyi və Özbəkistan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Fərqanə Vilayət Hakimiyyətinin birgə təşkilatçılığı ilə cari ilin 6-10 sentyabr tarixlərində Özbəkistanın Margilan şəhərində "Atlas Festivalı" keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, festivalda Özbəkistanın müxtəlif regionlarında ipəkçilik sahəsində fəaliyyət göstərən sənətkarlar, habelə Margilanın ipəkdən hazırlanmış parçalar, milli geyimlər nümayiş olunub. Tədbir çərçivəsində Özbəkistanın ipəkçilik ənənəsi, bu sahədə Özbəkistanın əldə etdiyi nailiyyətlərə həsr olunmuş konfrans keçirilmiş, müxtəlif dizaynda hazırlanmış Özbək ipəkləri sərgilənib.

Avtomobildən 9 min dollar oğurlayan saxlandı

15 Sentyabr 2016 13:52

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də Bakı şəhər sakini Rəfail Tağıyevə məxsus “Toyota” markalı avtomobildən 9000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Novruz Mirzəyev tutulub. Araşdırma aparılır.

Sabunçuda mağaza yanıb

15 Sentyabr 2016 13:51

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus maöazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 25 kv. metr olan meyvə-tərəvəz mağazasının dam örtüyü 2 kv. metr sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

DİN çimərlikdə meyiti tapılan qadınla bağlı məlumat yaydı

15 Sentyabr 2016 13:50

Daxili İşlər Nazirliyi dünən Xəzər dənizindən meyit tapılması ilə bağlı məlumat yayıb. “Olaylar” nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 14-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki dəniz çimərliyindən qəsəbə sakini Həqiqət Mirzəyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Gaktla bağlı araşdırma aparılır.

Bir gündə Bakıda 2 bıçaqlama hadisəsi qeydə alınıb

15 Sentyabr 2016 13:48

Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, hadisə rayonun 7 mkr Abay Kunanbayev 18 ünvanında qeydə alınıb. Naməlum şəxs küçədə 28 yaşlı Vüqar Şöhrət oğlu Əliyevi bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Sinə nahiyyəsindən bıçaqlanan yaralı dərhal əməliyyat olunub. Hadisə barədə məlumat alan polis araşdırmalara başlayıb. Faktla əlaqədar Binəqədi rayon polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.

Bakıda 2 uşaq bədbəxt hadisənin qurbanı oldu

15 Sentyabr 2016 13:47

Bakı şəhərində 1 yaşlı uşaq faciəli şəkildə ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, sentyabrın 14-də Xəzər rayonunun Qala kəndində 1 yaşlı Zeynəb Quliyeva kanalizasiya quyusuna yıxılıb. Uşağın meyiti oradan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

Avtomobil qaçıran şəxsdən narkotik götürülüb

15 Sentyabr 2016 13:46

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 14-də saat 20 radələrində Bərdə şəhəri ərazisindən şəhər sakini İlqar Teymurova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fəzail Bəndəliyev tutulub. Ondan 13,8 qram marixuana götürülüb.