Özbəkistanda keçirilən festivalda Azərbaycan kəlağayıları nümayiş etdirilib
YUNESKO-nun Özbəkistan təmsilçiliyi və Özbəkistan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Fərqanə Vilayət Hakimiyyətinin birgə təşkilatçılığı ilə cari ilin 6-10 sentyabr tarixlərində Özbəkistanın Margilan şəhərində "Atlas Festivalı" keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, festivalda Özbəkistanın müxtəlif regionlarında ipəkçilik sahəsində fəaliyyət göstərən sənətkarlar, habelə Margilanın ipəkdən hazırlanmış parçalar, milli geyimlər nümayiş olunub. Tədbir çərçivəsində Özbəkistanın ipəkçilik ənənəsi, bu sahədə Özbəkistanın əldə etdiyi nailiyyətlərə həsr olunmuş konfrans keçirilmiş, müxtəlif dizaynda hazırlanmış Özbək ipəkləri sərgilənib.
15 Sentyabr 2016 13:55 SosialYUNESKO-nun Özbəkistan təmsilçiliyi və Özbəkistan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Fərqanə Vilayət Hakimiyyətinin birgə təşkilatçılığı ilə cari ilin 6-10 sentyabr tarixlərində Özbəkistanın Margilan şəhərində "Atlas Festivalı" keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, festivalda Özbəkistanın müxtəlif regionlarında ipəkçilik sahəsində fəaliyyət göstərən sənətkarlar, habelə Margilanın ipəkdən hazırlanmış parçalar, milli geyimlər nümayiş olunub. Tədbir çərçivəsində Özbəkistanın ipəkçilik ənənəsi, bu sahədə Özbəkistanın əldə etdiyi nailiyyətlərə həsr olunmuş konfrans keçirilmiş, müxtəlif dizaynda hazırlanmış Özbək ipəkləri sərgilənib.
Qeyd edək ki, Atlas Festivalında Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan kəlağayılarını və ipəkdən hazırlanmış Azərbaycan geyimlərini nümayiş etdirib. Bununla əlaqədar Margilan şəhər Mərkəzi Muzeyində Azərbaycan sərgisi təşkil olunub. İpəkdən hazırlanmış Azərbaycan kəlağayıları iştirakçıların böyük marağına səbəb olub.