Gündəm
"Azərbaycan Aİ-92 markalı benzinin idxalını dayandırıb"
"Azərbaycan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsalın bərpa edilməsindən sonra Aİ-92 markalı benzinin idxalını dayandırıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Təhsil Nazirliyi: Ali məktəblərin regionlara köçürülməsi hazırda müzakirə mövzusu deyil
Bakıda yerləşən ali təhsil müəssisələrinin regionlara köçürülməsi məsələsi hazırda müzakirə mövzusu deyil.
“Ana, mən əsgər gedirəm”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam ımzalayıb. Sərəncama əsasən 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq.
Baş Prokurorluq təkzib edir
“Bəzi kütləvi informasiya vasitələrində sentyabrın 14-də bir qrup vətəndaşın, o cümlədən Alya Təmrazova, Sevda Süleymanova, Mətanət Mahmarzayeva və başqalarının prokurorluq orqanları əməkdaşları tərəfindən guya onların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq Baş Prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirmələri barədə informasiyalar yayılmışdır. Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur”.
Azərbaycan və Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukrayna Respublikasının ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüş olub.
Təhsil almaqdan məhrum olan 3,7 milyon qaçqın uşaq
Dünyada 6 milyon məcburi köçkün uşağın 3,7 milyonu təhsil almaqdan məhrumdur
Türkiyə sərhədi qanunsuz keçməyə çalışan 887 suriyalını saxladı
Türkiyənin sərhəd qoşunları ölkə sərhədini qanunsuz keçməyə çalışan 887 suriyalını saxlayıb.
Prezident İlham Əliyev: “Azərbaycanda savadlılıq təxminən 100 faizdir”
"Son 10 il ərzində Azərbaycanda üç mindən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib. Düzdür, hələ də qəzalı vəziyyətdə məktəblər var. Ancaq onların da tikintisi, bərpası nəzərdə tutulur və hesab edirəm ki, gələn yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq”.
Azərbaycan prezidenti: “Bizə təzyiqlər ona görə artır ki, heç kimin qarşısında baş əymirik”
“Biz öz gələcəyimizi qururuq, biz qabağa gedirik. Ona görə, bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün bir daha deyirəm ki, vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur. Çünki dünyada bizim önəmimiz artır”.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycanda turizm zonaları üçün yeni güzəştlər
Azərbaycanda dövlət turizm fəaliyyətini gömrük, investisiya, viza rejimi, vergi, rüsum və digər məcburi ödənişlərə güzəşt və imtiyazlar vasitəsilə stimullaşdıracaq.
Prezident İlham Əliyev: “Gənclərimiz apreldə erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar”
“Bizim gənclərimiz müstəqilliyimizi qoruyurlar. Bizim gənclərimiz bu ilin aprel ayında erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar. Şəhidlər vermişik. Ancaq bizim gənclərimiz bu ilin aprelində Azərbaycanın dövlət bayrağını Ağdərə, Füzuli,Cəbrayıl rayonlarının bir hissəsində qaldırıblar”.
Rusiya Baş Qərargah rəisinin Türkiyəyə səfəri başlayıb
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Türkiyəyə işgüzar səfəri başlayıb.
Azərbaycan prezidenti: “Dünyada qloballaşma adı ilə eyniləşmə siyasəti aparılır, KİV vasitəsi ilə müxtəlif təxribatlar ortaya atılır”
“Dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə, Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir. Bu gün bu, belədir”.
Azərbaycanda şəxsi dini cərəyana və dini təhsilə məcbur edənlərə 5 ilədək həbs cəzası veriləcək
Azərbaycanda dini fanatizm və radikalizm zəminində məcburi dini etiqada, dini mərasim keçirməyə, dini cərəyana qoşulmağa, dini təhsil almağa vadar etməyə görə sərt cəzalar tətbiq olunur.














