Gündəm

Deputatlarımız Rusiya Dumasına keçiriləcək seçkiləri izləyəcəklər

15 Sentyabr 2016 16:00

Rusiya Dövlət Dumasına keçiriləcək növbəti seçkiləri müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin deputatları sentyabrın 16-dan bu ölkənin bir sıra şəhərlərində səfərdə olacaqlar. Bu barədə MM-dən verilən məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, deputatlar Rüfət Quliyev, Mixail Zabelin MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyəcəklər. Seçki sentyabrın 18-də olacaq. Səfər isə ayın 20-də başa çatacaq.

“15 sentyabr - Bilik günü” Nəsimi rayonunun orta məktəblərində qeyd olunub

15 Sentyabr 2016 15:50

Nəsimi rayonundakı A.Rəhimov adına 247 saylı tam orta məktəbdə “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbiri açıq elan edən məktəbin direktoru Raya Allahverdiyeva bildirib ki, məktəb binası 1969-cu ildə birtipli layihə əsasında tikilmiş, 4 mərtəbəli 1 korpusdan ibarət 750 yerlikdir Məktəbdə 429 şagirdin təlim-tərbiyəsi ilə 69 müəllim məşğul olur.

Cahangir Hacıyevin dövlətə vurduğu milyonlarla manat zərbə

15 Sentyabr 2016 15:48

Ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkənin maliyyə sekorunda baş verən arzuedilməz proseslər bir sıra gizli mətləblərin üzə çıxmasına yol açdı.

İtaliya Azərbaycanı məlumat mübadiləsi üzrə tərəfdaşların “Ağ siyahı”sına daxil edib

15 Sentyabr 2016 15:47

İtaliya vergi məlumatlarının əlverişli mübadiləsini təmin edən yurisdiksiyaların yeni “ağ siyahısını” dərc edib. Bu siyahı İtaliya ilə vergi sahəsində məlumat mübadiləsini həyata keçirmək üçün müvafiq razılaşmalar bağlamış və vergi məlumatlarının əlverişli mübadiləsini həyata keçirən ölkələr və yuridiksiyaları əhatə edir. İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən avqust ayında qəbul edilən və “Offical Gazette” qəzetində dərc edilən yeni siyahı 6 sentyabr tarixindən qüvvəyə minib.

Yevlaxda inşaat materialı oğurlayan şəxs yaxalanıb

15 Sentyabr 2016 15:42

Yevlaxda oğurluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Yevlax RPŞ və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon sakiin Tofiq Abdullayevə məxsus “Karvan İnşaat” MMC-nin anbarından 100 metr plastmas boru və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakini Hafiz Məmmədov tutulub. Daha 1 nəfər isə müəyyən edilib. 

Paytaxtda cibgir saxlanıb

15 Sentyabr 2016 15:41

Bakının Nizami rayonunda cibgirliklə məşğul olan şəxs ələ keçib. DİN-dən veriln məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Bakı şəhər sakini Famil Şükürovun cibindən 188 manat pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Mustafayev tutulub.

Qalmaqallı qanunun bəxti açılır

15 Sentyabr 2016 15:40

“Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi hazırdır. Qanun layihəsi payız sessiyasında Milli Məclisə təqdim olunacaq. Ümid edirik ki, qanun layihəsinin qəbul olunması üçün problem də olmayacaq”.

Bu il 11000-dən çox uşaqla bağlı Uşaq Nevroloji Xəstəxanasına müraciət olunub

15 Sentyabr 2016 15:26

2016-cı ilin 6 ayı ərzində  Səhiyyə Nazirliyinin Uşaq Nevroloji Xəstəxanasına 11000-dən çox uşaqıa bağlı müraciət edilib. Səhiyyə Nazirliyinin mətbuat xdmətindən APA-ya verilən xəbərə görə, onlardan 1455 nəfər stasionar müalicəyə qəbul edilib. Onlardan 416 nəfər Ümumi şöbəyə, 262 nəfər Diaqnostika şöbəsinə, 255 nəfər Yenidoğulmuşların patologiyası şöbəsinə, 250 Uşaq selebral iflici şöbəsinə, 103 Kəskin süst ifliclərin differensial diaqnostikası şöbəsinə, 95 nəfər Reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib.

Baş Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinə müraciət edib

15 Sentyabr 2016 15:25

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi  İdarəsi paytaxt sakinlərinə müraciət edib.

Arda Turan 5,5 milyon dollar xərclədi

15 Sentyabr 2016 15:23

"Barselona"nın türk ulduzu Arda Turan yeni villa alıb.

Hadisə açıq-saçıq geyimi ilə "yandırıb-yaxdı"

15 Sentyabr 2016 15:19

Türkiyənin məşhur müğənnisi Hadisə Kiprdə konsert verib.

Avropadan Rusiyaya növbəti zərbə

15 Sentyabr 2016 15:17

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadıb.

Paytaxtda sounçuluqla məşğul olan şəxs tutulub

15 Sentyabr 2016 15:12

Sentyabrın 14-də Masallı rayon sakini Vüqar Kazımov Nəsimi RPİ 21-ci PB-yə müraciət edərək həmin gün rayon ərazisində “Great Wall” markalı avtomobili idarə edərkən “Kia” markalı avtomobilin sürücüsünün onu saxlatmasını, avtomobilə oturub mobil telefonunu, eynəyini və 130 manat pulunu alıb getməsini bildirib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mürsəl Abbasov saxlanılıb.

“Azərenerji”nin kabelini oğurlayan saxlanıb

15 Sentyabr 2016 15:11

Qaradağda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Səngəçal qəsəbəsi ərazisində “Azərenerji” ASC-yə məxsus işıq dirəklərindən yeni çəkilmiş, lakin istifadəyə verilməmiş 1278 metr elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aftandil Balakişiyev tutulub. 

66 yaşlı keçmiş məhkumdan marixuana götürülüb

15 Sentyabr 2016 15:09

Bakı şəhər sakinində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 66 yaşlı Səyavuş Məmmədovdan 6 kiloqram 135 qram marixuana götürülüb.