“15 sentyabr - Bilik günü” Nəsimi rayonunun orta məktəblərində qeyd olunub

Nəsimi rayonundakı A.Rəhimov adına 247 saylı tam orta məktəbdə “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbiri açıq elan edən məktəbin direktoru Raya Allahverdiyeva bildirib ki, məktəb binası 1969-cu ildə birtipli layihə əsasında tikilmiş, 4 mərtəbəli 1 korpusdan ibarət 750 yerlikdir Məktəbdə 429 şagirdin təlim-tərbiyəsi ilə 69 müəllim məşğul olur.

Nəsimi rayonundakı A.Rəhimov adına 247 saylı tam orta məktəbdə "Bilik günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbiri açıq elan edən məktəbin direktoru Raya Allahverdiyeva bildirib ki, məktəb binası 1969-cu ildə birtipli layihə əsasında tikilmiş, 4 mərtəbəli 1 korpusdan ibarət 750 yerlikdir Məktəbdə 429 şagirdin təlim-tərbiyəsi ilə 69 müəllim məşğul olur. 32 sinif otağı mövcuddur. 2015-2016-cı tədris ilində məktəbi 22 şagird bitirmiş, bunlardan 15 nəfəri ali məktəblərə qəbul olunmuşdur. 2 nəfər 600-dən yuxarı bal toplamışdır. 2016-2017-ci tədris ilində məktəbin 1-ci siniflərində 75 şagird təhsil alacaq. 2015-2016-ci tədris ilinin yekunlarına görə 116 məzunun 112-sı ali məktəblərə qəbul olmuş, onlardan 28 nəfəri 500-dən yuxarı, onlardan 15 nəfəri 600-dən yuxarı, 4 nəfəri isə 650-dən yuxarı bal toplamışlar.
"Bilik günü"nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət almışdır. Nəsimi rayonunda da təhsil müəssisələrinin müasir tələblərə cavab verən təhsil ocaqları səviyyəsinə çatdırılması prossesi uğurla həyata keçirilir. Məktəblərimizdə təhsilin səviyyəsi, burada şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş və onların yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq işlər görülür. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri ilbəil çoxalır. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirmişdir ki, 2015-2016-cı tədris ilində rayonun orta məktəblərini 1669 nəfər bitirmiş, onlardan 1500 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 1125 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 177 nəfəri 500-dən yuxarı, 77 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 227 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2015-2016-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31