Gündəm

Aydın Quliyev: “Gələcəyə yönəlik neqativ məlumatlar verməməlidirlər”

15 Sentyabr 2016 16:28

“Ayaz Mütəllimovun öz müsahibəsində AXCP fəalları sosial şəbəkələrdəki statuslarında “hakimiyyətə gələcəkləri” təqdirdə ilk olaraq onları tənqid edən media nümayəndələrinin və solçuların axırına çıxacaqlarını və əllərində müvafiq siyahılar olduğunu bildirməsi və bununla bağlı informasiyaların yayılması o qədər də həqiqətə söykənmir”. Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Təranə Kərimova: "Müsavatla AXCP-nin bir-birinə pataloji nifrəti var"

15 Sentyabr 2016 16:27

"Kimsəyə sirr deyil ki, Müsavat və AXCP arasındakı qarşıdurmaların köklündə "ana müxaifət" adına sahib olmaq iddiası dayanıb. Çünki onlar məhz bu ada sahib olduqdan sonra guya hakimiyyətə yiyələnəcəklərini xəyal edirlər. Lakin fakt budur ki, bu və digər iddialar fonunda yaşanan Müsavat və AXCP ziddiyyətləri illərə söykənir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova adıçəkilən partiyaların bir-birinin aksiyalarına qatılmamaları səbəblərini şərh edərkən deyib.

Qabil Hüseynli: "Milli Şura"nın mitinqinə Qərbdəki bəzi dairələrin dəstəyi var"

15 Sentyabr 2016 16:25

""Milli Şura"nın boş və mənasız mitinqinə Qərbin bəzi maraqlı dairələrinin dəstək var". Məsələ ilə bağlı SİA-ya açıqlama verən Müsavat başqanının keçmiş müavini Qabil Hüseynli hesab edir ki, Qərbin bəzi maraqlı dairələrinin referenduma münasibəti müsbət deyil: "Bu səbəbdən də ölkə daxilindəki müxalifyönlü fikirləri, siyasi və vətəndaş təşkilatlarını hərəkətə gətirməyə çalışırlar. Onlar bundan istifadə edərək, Azərbaycanın hakimiyyət orqanlarına müəyyən təzyiqlər göstərmək istəyirlər. Amma onu deyim ki, bu o qədər də asan iş deyil. Sadəcə, mitinqin iştirak dərəcəsini müəyyən qədər artıra bilərlər. Amma onu özlərinin arzu etdikləri kimi izdihamlı, irimiqyaslı bir tədbirə çevirə bilməzlər. Çünki Azərbaycan cəmiyyətində arzu edilən durum formalaşıb. Ona görə də, Qərb nə qədər çalışsa da, istədiyinə asan nail olmaz".

“Zanbaq inqilabı”nın səbəbi açıqlandı: “ABŞ-a rədd cavabı verdim”

15 Sentyabr 2016 16:24

"Uzaqmənzilli radiolokasiya aşkarlayıcı təyyarələri olan AWACS-ların “Manas” bazasında yerləşdirilməsinə icazə verilməməsi 2005-ci ildə baş verən “Zanbaq inqilabı”nın əsas səbəbi idi”.

İş adamının qətlinə görə məhkum edilən dəstə üzvləri apellyasiya şikayəti veriblər

15 Sentyabr 2016 16:22

İş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərdən ibarət dəstə üzvləri barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

Bacısını öldürməkdə təqsirləndirilən şəxs və onun oğluna hökm oxunub

15 Sentyabr 2016 16:21

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahbaz Xəlfəyev və İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Dini fanatizm zəminində hakimiyyət qərarlarına təsir edənləri və ya terrorla hədələyənləri ömürlük həbs gözləyir

15 Sentyabr 2016 16:19

Azərbaycanda dini fanatizm zəminində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir göstərmək və s. məqsədlə sağlamlığa, əmlaka zərər vurmaq kimi əməllər törətməyə, bu məqsədlə hədələməyə görə ağır cəzalar, o cümlədən ömürlük həbs cəzası tətbiq olunur.

4 Azərbaycan vətəndaşı “Aydın” gəmisində aclıq və antisanitariya vəziyyətində işləyirmiş...

15 Sentyabr 2016 16:16

Rusiyanın Qara dənizdəki Tuapse limanında Sent Kits və Nevis ada dövlətinin bayrağı altında üzən teploxod saxlanılıb.

Yerevanda əsgər anaları etiraz aksiyası keçirir

15 Sentyabr 2016 16:15

Ermənistan Ordusunda nizamnamə pozuntuları nəticəsində həlak olmuş əsgər anaları səhər tezdən parlamentin giriş qapısının qarşısına yığışıblar.

Azərbaycanlı gənc Rusiyada cinayətkarın tapılmasına kömək etdi

15 Sentyabr 2016 16:14

Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Xidmətinin əməkdaşları azyaşlı qızcığazı piyada keçidində vurub qaçan sürücünün kimliyini Nijnevartovsk şəhər sakini, azərbaycanlı Nurlan Hüseynlinin köməkliyi ilə öyrənə biliblər.

Erməni toyunda gəlin Azərbaycan rəqsinə oynadı - VİDEO

15 Sentyabr 2016 16:07

Ermənistanın paytaxtı İrəvanda baş tutan toy məclislərindən birində Azərbaycan milli rəqsi ifa olunub. 

“Onun atası” filminin beynəlxalq premyerası

15 Sentyabr 2016 16:05

Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin beynəlxalq premyerası İtaliyada baş tutacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, film 17-ci ASIATICA, Encounters with Asian Cinema Film Festivalının “Panorama” müsabiqə proqramına dəvət alıb. Festival 17 sentyabr-2 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək.

Azərbaycan Litva münasibətləri müzakirə edilib

15 Sentyabr 2016 16:04

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. İkitərəfli görüşdə Azərbaycanın Litva və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin, "Vikinq train” layihəsinin gələcək perspektivləri müzakirə olunub. Sonra səfir Valdas Lastauskas “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

102 ölkəyə məhsul ixrac olunub

15 Sentyabr 2016 16:02

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika KOmitəsindən verilən məlumata görə, 102 ölkəyə məhsul ixrac olunub, 157 ölkədən idxal reallaşdırılıb.

Ərzağa nə qədər pul xərcləyirik

15 Sentyabr 2016 16:01

2016-cı ilin yanvar-avqust aylarında istehlakçılara 18 mlrd. 463,7 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,2% çox məhsul satılıb.