Gündəm

Gənc könüllülər təltif olunub

15 Sentyabr 2016 17:40

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Sumqayıt Gənclər Evi”ndə bədii-əyləncəli tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə 04 avqust – 08 sentyabr tarixlərində yeni salınan Dənizkənarı Bulvarda “Sumqayıt Evimizdir, Evimizi Təmiz Saxlayaq” devizi altında təşkil olunmuş təmizlik aksiyasında və Gənclər Evinin may – avqust aylarında elan etdiyi könüllülük fəaliyyətində iştirak etmiş könüllülər, şəhərin idarə, müəssisə, qeyri-hökümət gənclər təşkilatlarını təmsil edən ictimai-fəal gənclər iştirak ediblər. Sonda gənclərə Baş İdarənin könüllülük Sertifikatları və xatirə hədiyyələri təqdim olunub.

Ermənistanda yeni baş prokuror

15 Sentyabr 2016 17:37

Ermənistan parlamenti böyük səs çoxluğu ilə Artur Davtyanın yeni baş prokuror təyin edilməsinin lehinə səs verib.

Merkel: Avropa terror təhlükəsi ilə üzbəüz qalıb

15 Sentyabr 2016 17:36

Avropa terror təhlükəsi və miqrasiya çağırışı ilə üzbəüz qalıb.

Vaqif Əsədov: Bu gün Bakıda xəsarətlə nəticələnən yol qəzası olmayıb

15 Sentyabr 2016 17:35

15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtdakı təhsil müəssisələri ətrafında və digər ərazilərdə sıxlığın qarşısını almaq üçün xidməti davam etdirirlər.

Gənc meşəçilər müsabiqədə xüsusi mükafatlara layiq görülüb

15 Sentyabr 2016 17:32

Azərbaycanın gənc meşəçiləri Sankt-Peterburq şəhərində keçirilən XIII Beynəlxalq gənc meşəçilər müsabiqəsində iştirak ediblər.

Yeni yol hissələri salınıb

15 Sentyabr 2016 17:30

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən yeni yol hissələri salınıb.

Qaradağ rayonunda “Bilik günü” qeyd edilmişdir

15 Sentyabr 2016 17:28

“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilmişdir.

Daşkənddə Nizami Gəncəvinin "Xəmsə"si ilk dəfə olaraq özbək dilində çap edilib

15 Sentyabr 2016 17:26

Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi bu il Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirir.

Sağlıq turizmi Azərbaycanda perspektivi geniş olan bir istiqamətdir

15 Sentyabr 2016 17:25

 Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş tədbirdə qurumun rəhbəri Ruslan Quliyev çıxış edərək bildirib ki, ölkəmizdə son illər turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir. Onun sözlərinə görə, ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlar ən azı yaxın 10 il ərzində turizm sahəsinin inkişafında yol xəritəsini müəyyənləşdirməyə imkan verəcək.

Əsas məqsəd daha işlək və mütərəqqi idarəetmə mexanizminin tətbiq olunmasıdır

15 Sentyabr 2016 17:10

Ölkəmizdə yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, eləcə də  sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin yaradılması istiqamətində atılan addımların tərkib hissəsi olaraq, vergi sistemində də geniş islahatlar aparılır. Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarə vergi nəzarətinin və vergitutma bazasının genişləndirilməsi, vergi daxilolmalarının artırılması, xüsusilə də regionların daim diqqət mərkəzində olması nəzərə alınaraq yaradılıb. Bu qurum ərazi vergi orqanlarının fəaliyyətinə nəzarətin səmərəliliyinin artırılmasını, vergilərin tam həcmdə və vaxtında ödənilməsini təmin edəcək.

BVF Azərbaycana kömək edə bilər

15 Sentyabr 2016 17:08

Beynəlxalq Valyuta Fondu (BVF) makroiqtisadi siyasətin və onun əsaslarının təkmilləşdirilməsi və institutların möhkəmləndirilməsi məsələlərində Azərbaycana kömək edə bilər.

ABŞ-Avropa: azad ticarət zonasının ziddiyyətləri

15 Sentyabr 2016 17:06

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, çoxlarının böyük ümidlə gözlədiyi Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTİP) müqaviləsinin imzalanması ciddi çətinliklərlə üzləşib.

Hamburq Universitetinin professoru Bakının tələblərinə məhəl qoymadı

15 Sentyabr 2016 17:04

Almaniyanın Hamburq Universitetinin professoru Otto Lüxterxandt Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edib.

Mətanətin adı adam oğurluğunda

15 Sentyabr 2016 17:00

Mətbuatda müğənni Mətanət İsgəndərlinin sabiq MTN generalı Akif Çovdarovun məhkəməsində iştirak edəcəyi barədə məlumat yayılıb.  Politika.az saytının yaydığı məlumata görə, buna səbəb ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə Mətanət İsgəndərlinin münasibətlərinə görə A.Çovdarovun pul tələb etməsidir.

Ramiz Tağıyev: "AXCP ilə Müsavat arasında düşmənçilik hökm sürür"

15 Sentyabr 2016 16:29

"AXCP sədri Əli Kərimli tamamilə tükənmiş, ümidini ancaq hansısa qaranlıq qüvvələrə bağlayan şəxsdir. Keçirdiyi aksiya sadəcə Müsavatla aralarında olan düşmənçiliyin nəticəsində yaranan rəqabətin məhsuludur". Bunu SİA-ya açıqlamasında AXCP sədrinin keçmiş müşaviri Ramiz Tağıyev deyib.