Sağlıq turizmi Azərbaycanda perspektivi geniş olan bir istiqamətdir

 Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş tədbirdə qurumun rəhbəri Ruslan Quliyev çıxış edərək bildirib ki, ölkəmizdə son illər turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir. Onun sözlərinə görə, ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlar ən azı yaxın 10 il ərzində turizm sahəsinin inkişafında yol xəritəsini müəyyənləşdirməyə imkan verəcək.

 Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,  Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamdan irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş tədbirdə qurumun rəhbəri Ruslan Quliyev çıxış edərək bildirib ki, ölkəmizdə son illər turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir. Onun sözlərinə görə, ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlar ən azı yaxın 10 il ərzində turizm sahəsinin inkişafında yol xəritəsini müəyyənləşdirməyə imkan verəcək. Assosiasiya rəhbəri diqqətə çatdırıb ki, sağlıq turizmi Azərbaycanda perspektivi və imkanları geniş olan bir istiqamətdir. Çünki bu sahədə mövsümilik anlayışı yoxdur. Rəhbərlik etdiyi təşkilata ölkədə fəaliyyət göstərən ən böyük sanatoriyaların üzv olduğunu qeyd edən Ruslan Quliyev onların heç birinin bir-birinə rəqib olmadığını da diqqətə çatdırıb: "Bu müəssisələrin hər birinin öz müalicə vasitəsi mövcuddur ki, bu da bizə onları müxtəlif beynəlxalq tədbirlərdə, sərgilərdə çox rahatlıqla təbliğ etməyə imkan verir. Eyni zamanda bu faktın özü bir daha sübut edir ki, Azərbaycan sağlamlıq turizmi sahəsində nə qədər böyük imkanlara malikdir". Ruslan Quliyev onu da bildirib ki, assosiasiya üzvlərindən heç bir üzvlük haqqı tələb olunmur. Çünki bu qurumun yaradılmasında əsas məqsəd Azərbaycanda sağlamlıq turizmini bəlli bir formada inkişaf etdirmək və dünya bazarında təbliğ etməkdir. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu istiqamətdə aparılan islahatlar son illər daha da intensiv xarakter alıb: "Dövlət başçısının sentyabrın 1-də imzaladığı sərəncam respublikamızda turizmin inkişafına yeni təkan verəcək. Bu sənəddə Turizm Şurasının yaradılması, turizm sahəsinin müasir tələblər baxımından yenidən qurulması, ölkənin turizm potensialının təşviqi kimi mühüm məsələlər öz əksini tapıb ki, bunun həyata keçirilməsi ilə də bir çox problemlər öz həllini tapacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31