Daşkənddə Nizami Gəncəvinin "Xəmsə"si ilk dəfə olaraq özbək dilində çap edilib

Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi bu il Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirir.

Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi bu il Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən tədbirlər çərçivəsində şairin bütöv əsərlərinin "Xəmsə"sinin ilk dəfə olaraq Özbək dilinə tərcüməsinin həyata keçirilməsi, Nizami yaradıcılığının qardaş ölkədə təbliği, yerli mətbuatda çoxsaylı məqalələrin dərc edilməsi və Nizami irsinin təbliği Mərkəzinin fəaliyyətinin genişləndirilməsi əsas məsələlərdəndir. Özbəkistanda Nizami Gəncəvi əsərlərinin tərcüməçisi kimi tanınan şair Olimcan Buriyev dahi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan beş əsəri tərcüməsini həyata keçirmişdir. O, uzun müddət apardığı gərgin iş nəticəsində orjinaldan özbək dilinə Nizami Gəncəvinin beş əsərini - "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İskəndərnamə" əsərlərini daxil edərək tərcümə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31