Yeni yol hissələri salınıb
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən yeni yol hissələri salınıb.
15 Sentyabr 2016 17:30 SosialBakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə "Azəravtoyol" ASC tərəfindən yeni yol hissələri salınıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən ərazidə Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələrinin geri dönməsi üçün 14 metr uzunluğunda və 9 metr enində, əks istiqamətdən gələn avtonəqliyyat vasitələri üçün isə 87 metr uzunluğunda və 6 metr enində yol hissələri inşa edilib. Yeni yol hissələrinə avtonəqliyyat vasitələrinin rahat giriş-çıxışı üçün hər bir istiqamət üzrə yeni hərəkət zolağı salınıb. Yeni hərəkət hissələrinin eni 5 metr, uzunluqları isə bir istiqamət üzrə440 metrdir ( 440m x 2 ) Ümumilikdə 5 min m2 - dən çox sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı yeni hərəkət zolaqlarının kənarlarında 1.5 metr enində çiyinlər də yaradılıb. Bundan başqa suların kənarlaşdırılması üçün 20 metr uzunluğunda 2 ədəd suötürücü borular inşa edilib.