102 ölkəyə məhsul ixrac olunub

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika KOmitəsindən verilən məlumata görə, 102 ölkəyə məhsul ixrac olunub, 157 ölkədən idxal reallaşdırılıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 102 ölkəyə məhsul ixrac olunub, 157 ölkədən idxal reallaşdırılıb. Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 12133,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7376,3 milyon dollar, idxalın dəyəri 4757,3 milyon dollar təşkil etmiş, nəticədə 2619,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ticarət dövriyyəsinin 41,2 faizi Avropa İttifaqı ölkələri, 12,2 faizi MDB üzvü dövlətləri, 46,6 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. İxrac edilən məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31