Qalmaqallı qanunun bəxti açılır

“Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi hazırdır. Qanun layihəsi payız sessiyasında Milli Məclisə təqdim olunacaq. Ümid edirik ki, qanun layihəsinin qəbul olunması üçün problem də olmayacaq”.

"Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi hazırdır. Qanun layihəsi payız sessiyasında Milli Məclisə təqdim olunacaq. Ümid edirik ki, qanun layihəsinin qəbul olunması üçün problem də olmayacaq". Bunu deyən millət vəkili Musa Quliyevin sözlərinə görə, reproduktiv sağlamlıqla bağlı yeniliklər də var: "Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə razılaşma əldə etdik. Donorluq məsələsi aradan qaldırıldı. Əsas yeniliklərdən biri odur ki, aztəminatlı ailələrə bir dəfə dövlət vəsaiti (pulsuz) hesabına ekstrokorporal (süni) mayalanma həyata keçiriləcək. Bu, məsələnin çox müsbət tərəfidir". Komitənin sədr müavinin sözlərinə görə, bu məsələdə QMİ-nin təklifi nəzərə alınıb: "Digər tərəfdən, məsələnin hüquqi tənzimləmə tərəfləri var. Qadın hüququ, analıq hüququ, uşağın hüququ, azyaşlılar arasında reproduktiv sağlamlıq məsələsi və sairə var. Dünyanın aparıcı ölkələrinin qanunları necədirsə, bizdə də elədir. Sadəcə, biz QMİ-nin təklifini götür-qoy etdik və bütün müsəlman ölkələrinin təcrübəsini öyrəndik. Demək olar ki, MDB məkanında bir-iki müsəlman respublikası istisna olmaqla, digər müsəlman ölkələrində donorluq məsələsi qadağandır. Hətta, katolik inancını daşıyan xristian ölkələrinin çoxunda donorluq məsələsi yoxdur". Musa Quliyev tez-tez müzakirə olunan abort məsələsinə də toxunub: "Qanuna ciddi dəyişikliklərdən biri də abortlarla bağlıdır. Uşağın cinsinə görə müayinə edilməsi, abort edilməsi qanunla qadağan olunur. Bütövlükdə isə 12 həftədən yuxarı hər hansı səbəbdən abort baş verərsə, həkim özü tək qərar vermir. Yalnız konsinumun qərarından sonra bu işə baxıla bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31