Təhsil almaqdan məhrum olan 3,7 milyon qaçqın uşaq
Dünyada 6 milyon məcburi köçkün uşağın 3,7 milyonu təhsil almaqdan məhrumdur
15 Sentyabr 2016 14:57 SərgilərDünyada 6 milyon məcburi köçkün uşağın 3,7 milyonu təhsil almaqdan məhrumdur.
Report xəbər verir ki, bu məlumat BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinin yaydığı hesabatda vurğulanıb.
Hesabata görə, məcburi qaçqın uşaqların 1,75 milyonu ibtidai sinfə, 1,95 milyonu isə orta məktəbə getmir: "Qaçqınların təhsildən kənar qalması riski dünya üzrə orta göstəricidən 5 dəfə atıqdır".
İnformasiyaya əsasən, 2015-ci ilin sonunda dünya üzrə 65,3 milyon məcburi köçkün qeydə alınıb və qaçqın uşaqların yarısının təhsil almaq imkanı yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31